Icma.az
close
up
RU
Ada xanım

Ada xanım

Icma.az, 525.az saytına istinadən bildirir.

İnsanların dünyaya gəlişi heç də təsadüfi deyil. Hər bir insan dünyaya müəyyən vəzifəni həyata keçirmək üçün gəlir. Elə vəzifələr var ki, onların öhdəsindən hər insan gəlməyi bacarmır. Qorumaq, onları nəsildən-nəslə ötürmək, təbliğ etmək ən çətin və məsuliyyətli işlərdəndir. Bu işləri doğma, çox sevdiyi biri üçün etmək isə nəinki məsuliyyət, eyni zamanda fədakarlıq tələb edir. Belə fədakar insanlardan biri Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün həyat yoldaşı Ada xanım - Adelaida Məmmədova idi.

Ada xanımın "həyatının nağıl dövrü" adlandırdığı 23 il boyunca yaşadığı evdə 1976-cı ildə Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial Muzeyi yaradıldı. 1977-ci ildə Ada xanım muzeyin direktoru vəzifəsinə təyin olundu və muzey artıq toplama işlərinə başladı. Bülbülün çox sevdiyi həyat yoldaşı həyatının ən gözəl illərini keçirdiyi evi öz əlləri ilə muzey kimi qurub-yaratdı. 1982-ci ildə iyun ayının 10-da Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı baş tutdu.

Ümummilli liderimiz dəfələrlə muzeydə olmuş, həm Bülbülə həm də onun ailəsinə daim diqqət və qayğı göstərmişdi. Ada xanım öz xatirələrində belə qeyd edirdi: "Biz onunla çoxdan tanış idik. 1940-cı illərin sonunda indiki Şəhriyar adına mədəniyyət sarayında konsert idi. Bizə hündür, yaraşıqlı oğlan yaxınlaşdı. Bülbülə Professor deyə müraciət etdi və bildirdi ki, Bülbülün ifa etdiyi bütün əsərləri, xüsusilə də "Koroğlu" operasını əzbər bilir. Dəfələrlə izləməyinə baxmayaraq, onu dinləməkdən doymadığını bildirdi. Bülbül isə onu növbəti tamaşasına dəvət etdi. Heydər Əliyev hər zaman bizə dəstək olurdu. Muzeyin yaradılmasına xüsusi diqqətlə yanaşırdı. Şuşada, Bülbülün doğulduğu və böyüdüyü ev məhz onun təşəbbüsü ilə muzeyə çevrildi. O evdə başqa ailə yaşayırdı. Heydər Əliyevin tapşırığı ilə ailəyə Şuşada ən yaxşı iki ev verildi. Şərait yaradıldı. Və biz muzeyin ekspozisiyasını qurmağa başladıq..."

Bülbülün ömrünün sonunadək yaşayıb-yaratdığı ev 1937-ci ildə məhz mədəniyyət və incəsənət xadimlərinə verilmiş binada yerləşir. Burada təkcə Bülbül yox, Süleyman Rüstəm, Məmməd Səid Ordubadi, Qəmər Almaszadə, Adil İsgəndərov kimi görkəmli şəxsiyyətlər yaşamışdırlar. Hər biri ilə xatirələri olan Ada xanım bu evdə qonaq olan doğmalarını tez-tez xatırlayırdı. O, gənc bəstəkarların, yazıçıların tez-tez evin qonağı olduğunu, onların daim Bülbüllə məsləhətləşdiyini vurğulayırdı.

Evin daimi qonaqlarından, Ada xanımın ən çox xatırladığı görkəmli bəstəkarımız Fikrət Əmirovdan danışa bilərik. Hələ gənc ikən simfonik-muğam janrının əsasını məhz Bülbülün təşəbbüsü ilə qoymuşdur. "Şur" və "Kürd-ovşarı" simfonik muğamları Bülbülün evində - iş otağında bu gün muzeyin dəyərli eksponatlarından olan pianoda yaradılmışdır. Ada xanım onların dostluğunu bu cür xatırlayırdı: "Şur" və "Kürd-ovşarı" simfonik muğamları yazılıb qurtarandan sonra Fikrət Moskvaya uçmalı idi. Dirijor Rojdestvenski onu gözləyirdi. Fikrət təşviş içində bizə gəldi. Hələ nə baş verdiyini bilməyən Bülbül "Sən burada nə gəzirsən? Moskvada olmalı idin" deyib narahatlıq keçirdi. Fikrət notları itirmişdi. Bülbül dərhal çıxış yolu axtarmağa başladı. Xoşbəxtlikdən simfonik muğamların qaralamaları bizdə idi. Bülbül tapşırıq verdi və altı nəfər notköçürən bütün gecəni işlədilər. O biri gün səhər hər iki partitura hazır idi. Fikrət Moskvaya uçdu və elə bundan sonra onun simfonik muğamlarının zəfər yürüşü başladı".

Ada xanımın hər zaman xatirində olan böyük şəxsiyyətlərdən biri də Niyazi idi: "Niyazigil ilə biz çox yaxın dost idik. Ailə kimi olmuşduq. Niyazinin ad günü avqustun 20-i, mənimki isə 22-i idi. Ayın 20-dən qonaqlıq başlayırdı. Düz üç gün davam edirdi. Gündüzlər bağda, axşamları da şəhərdə ad günlərimizi qeyd edirdik. Həm bizdə, həm də onlarda çox xatirələrimiz olub. Bülbülün ölümü Niyaziyə çox pis təsir etmişdi. Uzun müddət bununla barışa bilmədi".

Ən xoş xatirəsində belə Bülbüldən danışarkən Ada xanım göz yaşlarını saxlaya bilmirdi. Demək olar ki, hər gün onu xatırlayır, "elə bilirəm indi əlində notlarla o otaqdan çıxacaq (iş otağını nəzərdə tuturdu)" deyirdi. Biz muzey əməkdaşları da dəfələrlə o qapıya necə həsrətlə baxdığının şahidi olmuşduq. 

Bir sıra xatirələrini bölüşərdi bizimlə. Onun sadəliyi, təvazökarlığı, yardımsevərliyi bizdə xüsusi bir məhəbbət, inam yaratmışdı. Hər zaman gənclərə dəstək olmağa çalışır, gənc nəslin yeniliklərə açıq olduğunu deyirdi.

Onun dəstək olduğu gənclərdən biri də mən oldum. Ada xanımla ilk tanışlığım 2012-ci ilin yay aylarına təsadüf edirdi. İlk görüşdən onun güvənini, etimadını qazanmağın çox çətin olduğunu anlamışdım. Lakin çox qısa zaman ərzində yaranmış səmimi münasibət, bağlılıq bu məhdudiyyəti aradan qaldırmışdı. Təcrübəli dost kimi həm həyatı, həm də muzeyi bizə öyrədirdi.

Ada xanımı canlı əfsanə kimi kəşf etmək, həmçinin Bülbülün yaşadığı dövrü əhatə edən arxivdə tanıma xoşbəxtliyi hər adama qismət olmur. Arxivdə araşdırma apararkən qarşıma çıxan müxtəlif sənədlər sübut edir ki, Ada xanım təkcə Bülbülün həyat yoldaşı deyil, eyni zamanda onunla çiyin-çiyinə bu çətin yolu gedən silahdaşı, elmi işlərini icra edən katibi olub.

Bülbülün arxivində bir neçə sənəd var ki, işlərinin həll olunması üçün bütün səlahiyyətləri Ada xanıma etibar edib. Bu etibarnamələr, həmçinin elə Bülbülün adından Ada xanımın əl yazısı ilə yazılan məktublar çox söz deyir. Muzeydə qorunub saxlanılan 9 mindən çox eksponatın hərəsi bir tarix danışır.

Ada xanımın öz əlləri ilə qurub-yaratdığı muzey Bülbülə olan sevgisini tərənnüm edir. İllər ötür, zaman sürətlə axıb gedir, amma Bülbül də, onun vəfalı yarı da ölməz olaraq qalır. Sanki onlar ömürlərinin ən gözəl illərini keçirdikləri bu evdə əbədiyyətə qovuşublar.

Artıq 10 ildir ki, Ada xanım aramızda olmasa da, əmanət qoyub getdiyi muzey, Bülbül irsi onun vəsiyyət etdiyi kimi qorunub saxlanır. Muzey var olduqca, Bülbül də, onun fədakar xanımı da əbədi olaraq yaşayacaqlar.

Fərqanə CABBAROVA

Bülbülün Memorial Muzeyinin direktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri