Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

“Adamlar və kitablar” silsiləsindən

“Adamlar və kitablar” silsiləsindən

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

1998-ci ilin 12 sentyabrında müxalif fəalların Bakı küçələrində “Azadlıq!” hayqırtısı polisin vahiməli uğultusunu batıranda mən ona azadlıq ruhumuzun hələ qırılmadığını inamla söyləyirdim.

Əsas hadisələrin orada cərəyan edəcəyini bildiyimdən maşını Milli Bankın köhnə binasıyla üzbəüz saxlamışdım.

İzdiham dəniz dalğası kimiydi; qabarır, çəkilirdi. Polis dalğası hücuma keçəndə maşına girir, əksinə, etirazçıların dalğası şahə qalxanda maşının üstünə çıxıb fotolar çəkirdik. Təəssüf, indi yanımda o fotoların biri də yoxdu, yoxsa dərc edərdim, yerinə düşərdi.

Kim nə deyir, desin: küçə çarpışmalarında ən təsirli səhnə mitinqçilərin hücumu qarşısında polisin qaçmasıdı. Bu səhnə gördüyüm hər yerdə oxşar eyforiya yaradıb – Kiyevdə, Minskdə, Bişkekdə, Bakıda… Qəribə duyğudu küçədə qalibiyyət duyğusu, küçəni Qavroşsayağı sevməkdi bu, yaşamayan bilməz…

İlk belə duyğunu 1988-ci ildə tələbələrin Lenin meydanına yürüşü vaxtı yaşamışdım. Milis sıralarını yarıb meydanın genişliyinə sahib olmaq səmalara yiyələnmək kimiydi. Sovet dönəmində Lenin meydanı azad idi. O meydan azadlığını adı Azadlıq olandan itirdi. Tarixin ironiyası buna deyirlər.

İş elə gətirib ki, son 15-20 ilin icazəsiz yürüşlərinin bir çoxunda görkəmiylə küçənin o başından əcnəbi olduğu gözə girən xarici demokratiya fəalları, jurnalistlərlə birlikdə olmuşam. Bu, hadisələrin episentrinə düşməyə, baş verənləri daha yaxından izləməyə imkan verirdi. Polyak əsilli amerikalı anti-kommunist və anti-keçmiş kommunist (təzə termindi, özüm düzəltmişəm, keçmişdə kommunist, indi guya demokrat olanlar nəzərdə tutulur) dostum İrena Lasota hər belə hadisədə özünü 60-cı illər Varşava tələbələrinin küçə yürüşlərindəki kimi aparırdı. “Azadlıq” şüarı onun dilində xüsusi intonasiya ilə səslənirdi.

Ayaq altda qalar, dubinka dəyər deyə ehtiyyat edirdim. Amma hər dəfə üstümüzə qaldırılan dubinka başımız üzərində havadaca donub qalırdı. Gözü qızmış polislər: “Siz burda neyləyirsiniz?” deyib son anda bizi vurmurdular, o vaxt xariciyə əl qaldırmazdılar.

İrenanı saxlamaq olmurdu, o, qorxmurdu, 100 ilin barrikada döyüşçüsüydü sanki. Çəkindirmək istəyəndə belə deyirdi: “Məni qoruyursan? Eh… Sən doğulan gün Varşava həbsxanasında tələbə dostlarla çıxandan sonra çap edəcəyimiz vərəqələrin mətnlərini düşünürdük”. Düz deyirdi, mən doğulan gün həbsxanadaymış. Corc Soros Mikael Kaufmanın onun həyatından bəhs edən “Messian milyarderin həyat və zamanı” kitabında İrenanın tələbəlik illərində apardığı antikommunist mübarizəsindən ətraflı bəhs edib.

Monqolustandan Kubaya kimi azadlıq mücahidlərinin yanında olan İrena Lasota kommunizmə və hər cür istibdada qarşı mübarizə tarixinin canlı qəhrəmanıdı. Demokratiyanın qalib gəldiyi ölkələrdə hökumət və parlamentlərdən aldığı ödüllər buna şahidlik edir.

Mən inanıram ki, istər onun Azərbaycanda demokratiya, istərsə də dünyada Azərbaycan üçün gördüyü işlər də bəhrə verəcək. Vaxt gələcək onun fəaliyyəti araşdırılacaq. Haqqında monoqrafiyalar, kitablar yazılacaq.

İrena Lasotanı 12 sentyabr ərəfəsində xatırlamağımın bir səbəbi də onun bu yaşda belə demokratiya uğrunda mübarizədən usanmamasıdı. Sorağı gah Belarus, gah da Kubadan gəlir. Bu gün onu həm krım-tatar, həm də çeçen azadlıqsevərlə birgə görmək olar.

Hətta gürcü demokratları da tək qoymur. Bizə çox görünən gürcü demokratiyasını yarımçıq sayan gürcü demokratları deyirəm…

Vahid Qazi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri