ADAU Aqrar Biznes Festivallarında stendi ilə təmsil olunub FOTOLAR
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
16 və 22 Sentyabr tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı Oğuz və Ağcabədi rayonlarında Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.
"Unikal" xəbər verir ki, Festival və Yarmarkaların əsas məqsədi fermerlərin sertifikatlı və rayonlaşdırılmış toxumlarla təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və regionlarda dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək verməkdir.
Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib. Aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsulları nümayiş olunub. Fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlı toxumları təqdim olunmaqla yanaşı, əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları və torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində “Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər” mövzusunda panel müzakirə təşkil olunub.
Sözügedən hər iki tədbirdə Azərbaycan Dövlət Aqrar Universiteti də toxum sortları və müxtəlif aqrar məhsullardan ibarət stendi ilə təmsil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















