Azərbaycandakı Aqrar Biznes Festivallarında 8 milyon manatlıq məhsul satılıb
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Son bir ildə Azərbaycanda keçirilmiş Aqrar Biznes Festivallarında ümumi dəyəri təxminən 8 milyon manat olan məhsul satılıb.
Missiya.Az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.
O qeyd edib ki, müxtəlif bölgələrlə təşkil olunmuş bu festivalların əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarını və onların potensial müştərilərini bir araya gətirmək, əməkdaşlıq imkanları yaratmaqdır: "Bu proses artıq praktik nəticə verib, özünü doğruldub. Bütün ölkə üzrə, o cümlədən 14 iqtisadi rayonun hər birində - ümumilikdə 66 Aqrar Biznes Festivalı təşkil edilib. Burada həm kənd təsərrüfatı məhsulları, həm də onların emalı ilə bağlı avadanlıqların satışı həyata keçirilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















