Icma.az
close
up
RU
ADAU da Azərbaycanın ilk qadın elmlər doktorunun 100 illik yubileyi qeyd olunub FOTOLAR

ADAU da Azərbaycanın ilk qadın elmlər doktorunun 100 illik yubileyi qeyd olunub FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin təşkilatçılığı ilə Azərbaycanın ilk qadın elmlər doktoru, professor Şaqibə Əhmədovanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra professor Şaqibə Əhmədovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edən Baytarlıq təbabəti fakültəsinin dekanı, dosent Şəlalə Zeynalova görkəmli alimin fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra Qida təhlükəsizliyi və gigiyena kafedrasının dosenti Dursun Adıgözəlova, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Rüşeym Plazması laboratoriyasının müdiri Sevinc Məmmədova, ADAU-nun əməkdaşı Nüsrət Hüseynov çıxış edərək professor Şaqibə Əhmədovanın elmi-pedaqoji fəaliyyəti və baytarlıq sahəsində qoyduğu izlərdən bəhs ediblər. Tədbirdə alimin ailə üzvləri də iştirak ediblər. Azərbaycan Tibb Universitetinin Normal Fiziologiya kafedrasının dosenti, qızı Gülcamal Həsənova, Gənclər və İdman Nazirliyinin Binəqədi Gənclər Evinin rəhbəri, nəvəsi Günel Həsənova, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin ümumi şöbə müdiri, qohumu Akif Bayramov çıxış edərək yubiley tədbirinin təşkilinə görə təşəkkürlərini bildiriblər. Bədii hissədə görkəmli alimin qardaşı Zərif Qayıbovun adını daşıyan 5 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin musiqi nömrələri səsləndirilib. Daha sonra ADAU tələbələrinin ifaları təqdim olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri