ADAU da ingilis dili üzrə ödənişsiz danışıq kursları davam edir FOTOLAR
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ixtisas müəllimləri və əməkdaşlar üçün təşkil olunan ingilis dili üzrə ödənişsiz danışıq kursları davam etdirilir. Proqram çərçivəsində iştirakçılar bilik səviyyələrinə uyğun şəkildə qruplarda mütəmadi dərslərə qoşularaq dil bacarıqlarını inkişaf etdirirlər.
"Unikal" xəbər verir ki, tədris prosesinin səmərəliliyinin artırılması və iştirakçıların bilik dinamikasının qiymətləndirilməsi məqsədilə ADAU-nun Dillər Tədris Mərkəzi tərəfindən kurs iştirakçıları üçün ikinci sınaq imtahanı təşkil olunub. İmtahan zamanı müəllim və əməkdaşların ingilis dilində oxuma, yazma və danışıq bacarıqları üzrə inkişaf göstəriciləri ölçülüb və əldə olunan nəticələr əsasında növbəti mərhələlər üzrə fərdi inkişaf istiqamətləri müəyyən edilib.
Qeyd edək ki, kursların təşkili və idarə olunması Dillər Tədris Mərkəzi tərəfindən həyata keçirilir. Proqramın davamı olaraq iştirakçıların dil bacarıqlarının daha da təkmilləşdirilməsi və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlər ardıcıl şəkildə davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 21 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















