ADAU EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə, 19 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin EGE Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin 4 elmi-tədqiqat layihəsi Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK) tərəfindən qəbul olunaraq dəstək qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihələr toxum texnologiyaları və bitki stresslərinə davamlılıq sahəsində aparılan tədqiqatları əhatə edir. Soya, çörəkotu və aspir kimi əkin bitkilərində toxumların cücərmə və çıxış qabiliyyətini artırmaq məqsədilə müxtəlif priming (ön cücərtmə) üsullarının effektivliyi araşdırılaraq, bu üsulların toxum keyfiyyətinə təsiri qiymətləndirilib. Tədqiqatlarda aktiv iştirak edən tələbələr Yusif Osmanlı, Orxan Əliyev və Ruslan Kosaevi fərqli bitkilər üzərində priming metodlarını sınaqdan keçirməklə toxum gücünün artırılması və daha homojen çıxışın təmin olunması istiqamətində elmi əsaslar ortaya qoyublar.
Digər layihə çərçivəsində isə tələbə Hüseyn Bağırlı buğda bitkisində fotoprotektiv piqmentlərin müxtəlif genotiplərdə miqdarını təhlil edərək, iqlim dəyişikliklərinə davamlı sortların seçilməsi istiqamətində mühüm nəticələr qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















