ADAU tələbələri Nizami Gəncəvi məqbərəsini ziyarət ediblər FOTOLAR
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Zoomühəndislik fakültəsinin I kurs tələbələri universitetin təşkil etdiyi maarifləndirici ekskursiya çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini və “Qala Qapıları” Tarix-Mədəniyyət Muzey Kompleksini ziyarət ediblər.
"Unikal" xəbər verir ki, səfərin əsas məqsədi tələbələrin milli-mədəni irs haqqında biliklərini artırmaq, dünyagörüşlərini genişləndirmək və auditoriyadan kənar sosial-mədəni fəaliyyətlərini stimullaşdırmaq olub.
Dillər Tədris Mərkəzinin baş müəllimi Lalə Abdullazadənin rəhbərliyi ilə ekskursiya zamanı tələbələrə Nizami Gəncəvinin həyat və yaradıcılığı, şəhərin qədim mədəniyyətinin formalaşması və bu irsin müasir dövrdə qorunması ilə bağlı ətraflı məlumat verilib.
Tələbələr həmçinin “Qala Qapıları” muzey kompleksində sərgilənən tarixi eksponatlarla tanış olaraq regionun çoxəsrlik mədəni irsi haqqında biliklər əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















