ADB Azərbaycanda ağır sənaye və dəniz nəqliyyatına texniki yardım ayırır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla bir sıra region ölkələrində ağır sənaye və dəniz nəqliyyatı sahələrində karbon emissiyalarının azaldılması məqsədilə 1,5 mln. ABŞ dolları həcmində regional texniki yardım layihəsi həyata keçirir.
"APA-Economics" xəbər verir ki, bu barədə Bankdan bildirilib. Qeyd edilib ki, layihə sement, polad, gübrə və petrokimya sənayesi, eləcə də dəniz nəqliyyatı kimi karbon tutumu yüksək olan sahələrdə təmiz enerji keçidi üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur.
Texniki yardım Azərbaycan, Hindistan, İndoneziya, Filippin, Türkmənistan və Özbəkistan üzrə tətbiq edilə biləcək qiymətləndirmələri, yol xəritələrinin hazırlanmasını, institusional potensialın gücləndirilməsini və gələcəkdə maliyyələşdirilə biləcək layihələr portfelinin formalaşdırılmasını əhatə edir.
ADB bildirir ki, bu sahələr qlobal karbon emissiyalarının təxminən 30 faizini formalaşdırır və onların karbonsuzlaşdırılması Paris Sazişinin hədəflərinə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bankın məqsədi texniki dəstək vasitəsilə ağır sənaye və nəqliyyat sektorlarında ilkin layihələrin hazırlanmasına və investisiya prosesinin sürətləndirilməsinə dəstək verməkdir.
Layihə ADB-nin iqlim dəyişikliyi ilə mübarizə, institusional potensialın artırılması və regional əməkdaşlığın genişləndirilməsi üzrə prioritetlərinə uyğundur və 2027-ci ilin sonunadək icra olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 Yanvar 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















