ADB Azərbaycanın yerləşdiyi region üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üçün ÜDM-in artım proqnozunu 2024-cü ildə 0,2 faiz bəndi, 2024-cü ildə isə 0,1 faiz bəndi artırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə ADB-nin region üzrə proqnozunda bildirilib.
Bank sentyabr proqnozu ilə müqayisədə regionun iqtisami artım proqnozunu bu il üzrə 4,7%-dən 4,9%-ə, 2025-ci il üzrə isə 5,2%-dən 5,3%-ə yüksəldib.
"İqtisadi artım proqnozunun yaxşılaşdırılması Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistanda 2024-cü ilin sentyabrında gözləniləndən yüksək olan güclü iqtisadi artımı əks etdirir. Qeyri-neft-qaz sektoru hesabına dövlət investisiyaları ilə dəstəklənən sektorlar, Azərbaycan iqtisadiyyatı ilin ilk 3 rübündə 4,7% genişlənməsinə səbəb olub. Eyni dövrdə Gürcüstanda ÜDM artımı kredit və əmək haqqı artımı ilə dəstəklənən güclü istehlak, habelə infrastruktura dövlət xərcləri hesabına 9,8%-ə çatıb. Güclü pul köçürmələri və qızıl ixracı ilə Tacikistan iqtisadiyyatı 8,4% böyüdüb. Sabit investisiya artımı ilə Özbəkistan 2024-cü ilin ilk 9 ayında 6,6% artım qeydə alınıb. Ermənistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan üçün artım proqnozu dəyişməz olaraq qalır."- ADB əlavə edib.
Baxış sayı:121
Bu xəbər 11 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















