Icma.az
close
up
RU
Adəm İsmayıl Bakuvi: “Gənclərin nailiyyətləri Azərbaycan brendini bütün dünyada gücləndirir”

Adəm İsmayıl Bakuvi: “Gənclərin nailiyyətləri Azərbaycan brendini bütün dünyada gücləndirir”

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün cəmiyyətimizin əsas dayaqlarından biri olan gənclər Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal mövqe tutur. Onların təşəbbüskarlığı, enerjisi və əzmkarlığı ölkə həyatının bütün sahələrində özünü qabarıq şəkildə göstərir. Azad və sabit bir dövlətdə yaşayan Azərbaycan gəncləri müasir imkanlardan səmərəli istifadə edərək öz gələcəklərini inamla formalaşdırırlar”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi mediaya açıqlamasında bildirib.

2 Fevral – Azərbaycan Gəncləri Gününün məhz Ulu Öndər Heydər Əliyevin 1997-ci il tarixli tarixi Sərəncamına əsasən elan olunduğunu xatırladan siyasətçi qeyd edib ki, gənclərin inkişafına yönəlik dövlət siyasətinin təməli məhz Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə qoyulub.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək gənclərin hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib:

“Məhz dövlətin gənclərə göstərdiyi davamlı dəstəyin nəticəsində Azərbaycan gəncliyində özünə, istedadına və gücünə inam hissi daha da möhkəmlənib.Prezident İlham Əliyevin gənclərin potensialının üzə çıxarılmasına, onların vətənpərvər, savadlı kadrlar kimi formalaşmasına, gənc ailələrin sosial təminatının yaxşılaşdırılmasına yönəlmiş qərarları dövlətin uzaqgörən və məqsədyönlü siyasətinin bariz nümunəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənclərin ictimai-siyasi həyatda rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə və kreativ gəncliyin formalaşmasına geniş imkanlar yaradıb.

Partiya sədri xatırladıb ki, bu siyasət çərçivəsində 2007-ci il “Gənclər ili” elan edilmiş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır.

Gənclərin ahəngdar inkişafı, asudə vaxtının səmərəli təşkili, psixoloji, hüquqi və informasiya dəstəyi məqsədilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi də ilbəil genişlənir. İl ərzində Gənclər evlərində keçirilən 6 minə yaxın tədbirə 113 minə qədər gənc cəlb olunub. 2013-cü il 2 iyul tarixində Prezident İlham Əliyevin mühüm təşəbbüsü ilə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib.

Bu mükafat elm, mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində fərqlənən 10 nəfər gəncə hər il 10 000 manat məbləğində təqdim olunur. Bundan əlavə, gənc kadrların irəli çəkilməsi siyasətinin tərkib hissəsi olaraq “Yüksəliş” müsabiqəsi keçirilir.

Adəm İsmayıl Bakuvi qeyd edir ki, bu gün ölkədə fəal gəncləri öz ətrafına toplayan könüllülük hərəktının əsası da 2009-cu ildə – “Könüllü fəaliyyət haqqında” qanunun qəbulu ilə qoyulub.

2020-ci il “Könüllülər ili” elan olunub. Əminliklə deyə bilərik ki, dövlət başçısı tərəfindən təsdiq edilən sənədlər sırasında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində indiyədək 5000-dən artıq Azərbaycan gənci dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı qazanıb. Bu proqramın icrası indi də davam edir və 2022–2028-ci illəri əhatə edən üzrə Dövlət Proqramına əsasən isə hər il 500-dək gəncin xaricdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması nəzərdə tutulur”.

Vəhdət Partiyasının sədri qeyd edir ki, bu gün gənclərin nailiyyətləri Azərbaycan brendini bütün dünyada gücləndirir:

“Bu sıraya idman sahəsində əldə edilən uğurları da əlavə etmək önəmlidir. 2025-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 2 mindən çox medal qazanmış, bunların 600-dən çoxu qızıl medal olmuşdur ki, bu da rekord göstəricidir: Açıqlanan məlumatlardan görünür ki, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə keçirilən düşərgələr, maarifləndirici tədbirlər, elmi konfranslar və yarışlara 10 mindən arıq gənc cəlb ediib. “Konstitusiya və Suverenlik İli”, “Zəfərin 5 ili” və digər sosial proqramlar çərçivəsində yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirilib”.

Adəm İsmayıl Bakuvi Ulu Öndər Heydər Əliyevin çıxışlaından birində dediyi sözləri xatırladır:

“Ümimmilli lider demişdi ki, “Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcək, öz elində-obasında yaşayacaqlar.” Bu tarixi sözlər gerçəyə çevrildi. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclərimiz Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların şücaəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, xalqımız tarixi torpaqlarına qovuşdu. Vətən müharibəsində iştirak etmiş hər bir igid gənc Azərbaycan xalqının sonsuz minnətdarlığını qazanmış oldu. Bu qələbə naminə canından keçməyə hazır olan bütün gənclərimizə təşəkkür edir, onları 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir və inanırıq ki, Azərbaycan gəncliyi qarşıdakı illərdə də ölkəmizin daha böyük uğurlarına, yeni zəfərlərə və davamlı inkişafına imza atacaq”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Fevral 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri