Icma.az
close
up
RU
MDB mühüm regional əməkdaşlıq platformasıdır

MDB mühüm regional əməkdaşlıq platformasıdır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İndiki mürəkkəb geosiyasi və geoiqtisadi reallıqlar fonunda regional əməkdaşlığın önəmi heç vaxt olmadığı qədər artıb. Bu baxımdan ayrı-ayrı postsovet ölkələrini bir araya gətirən Müstəqil Dövlətlər Birliyinin (MDB) də rolu getdikcə artır. Bu platforma Azərbaycan da daxil olmaqla yaxın coğrafiyaları bölüşən ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması üçün geniş imkanlar açır. O cümlədən onilliklər ərzində formalaşan əməkdaşlıq əlaqələri, hazır təchizat mexanizmi, tanış bazarlar, humanitar bağlar  və digər amillər münasibətlərin intensivləşməsinə güclü impuls verir.

Əməkdaşlıq əlaqələrinin istiqamətlərinə gəldikdə isə, bunlar çox genişdir. Rusiya, Azərbaycan, Belarus, Mərkəzi Asiya ölkələri kimi üzv dövlətlərin geniş iqtisadi potensialı MDB daxilində əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. “Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib”, - deyə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bu günlərdə Türkmənistanda baş tutan məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

35 ildə keçilən yol

Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Qurum yarandığı gündən üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əlaqələrin qorunması və inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Təşkilatın əsas məqsədlərindən biri dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün platforma yaratmaq, ortaq maraq doğuran məsələlərin müzakirəsini təmin etmək və müxtəlif sahələrdə əlaqələndirilmiş fəaliyyət həyata keçirməkdir. Bu baxımdan MDB çərçivəsində dövlət başçıları səviyyəsində keçirilən görüşlər yalnız fikir mübadiləsi platforması deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi mühüm siyasi mexanizm rolunu oynayır.

O cümlədən MDB Dövlət Başçıları Şurasının bu günlərdə Türkmənistanda  baş tutan iclası təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Sammitdə 2027-ci ildə MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu ilin isə “Nəqliyyat bağlılığı ili” elan edilməsi kimi məsələlər müzakirə olunub. Bu təşəbbüslər MDB-nin yalnız siyasi dialoq platforması kimi deyil, həm də sosial-iqtisadi inkişaf istiqamətlərində əməkdaşlıq mexanizmi kimi rolunu gücləndirir. “Sosial inkişaf və həyat keyfiyyəti ili” təşəbbüsü əhalinin rifahının yüksəldilməsi, sosial siyasətin təkmilləşdirilməsi, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. “Nəqliyyat bağlılığı ili” təşəbbüsü isə regionun nəqliyyat-kommunikasiya şəbəkəsini genişləndirmək, tranzit potensialını artırmaq və yeni logistika marşrutları formalaşdırmaq üçün mühüm imkanlar açacaq.

Azərbaycanın regional əməkdaşlığa verdiyi sanballı töhfələr

Elə dövlətlər var ki, onların üzv olduqları təşkilatlarda fəaliyyətləri yalnız ayrı-ayrı tədbirlərdə umacaqlarını dilə gətirmələri və yardım istəmələri ilə məhdudlaşır. Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi isə tamam fərqli rakursdan diqqət çəkir. Ölkəmiz indiyədək üzv olduğu bütün beynəlxalq təşkilatların funksionallığının artmasında mühüm rol oynayıb.

Bu cəhətdən Azərbaycan-MDB münasibətləri də istisna deyil. İndiyədək respublikamız qurumun bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Respublikamızda istehsal olunan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları MDB bazarında yaxşı tanınır və gözlənilir. Azərbaycanın MDB məkanı üçün ən böyük üstünlüklərindən biri də ölkəmizin geniş nəqliyyat-logistika imkanları ilə bağlıdır. Qısa müstəqillik tarixində müasir nəqliyyat infrastrukturu quran respublikamız Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir və MDB-yə üzv dövlətlər də bu imkanlardan geniş şəkildə bəhrələnirlər.

Azərbaycan MDB daxilində humanitar əlaqələrin genişlənməsinə də böyük önəm verir. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmalarına imkan verib.

Ötən il sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmiz III MDB Oyunlarına böyük uğurla ev sahibliyi edib. 11 gün ərzində əsl idman bayramı yaşanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır.

Ölkəmiz 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr statusunda fəaliyyət göstərəcək. Bütün bunlar Azərbaycanın regional əməkdaşlığa verdiyi böyük önəmin təzahürüdür.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri