Adı “Qarabağ”la hallanan futbolçu “Neftçi”nin transfer HƏDƏFİNDƏ
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Mahaçqala “Dinamo”sunun futbolçusu Məhəmməd Cavad Hüseynnəjadla bağlı daha bir yeni məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin indi də “Neftçi”nin diqqət mərkəzində olduğu yazılıb.
Bir neçə gün əvvəl iranlı futbolçunun “Qarabağ”a təklif olunduğu, lakin onun ağdamlılar üçün prioritet sayılmadığı vurğulanmışdı. İndi isə “Neftçi”nin Hüseynnəjada elçi düşdüyü qeyd olunur.
“Ağ-qaralar” hələ ki, “Dinamo”nun futbolçusunu izləyir, konkret transfer danışığı aparılmayıb.
Gənc vingeri almaq heç də asan olmayacaq. Düzdür, futbolçu yeni müqavilə ilə bağlı razılığa gəlməsə, mahaçqalalılar onu yayda satmağı planlaşdırır. Lakin Məhəmməd Cavadı transfer etmək istəyən klub ən azı 1 milyon avrosundan keçməlidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 24 Aprel 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















