Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

“Adıgün” Folklor kollektivi ənənəni gələcəyə daşıyır

“Adıgün” Folklor kollektivi ənənəni gələcəyə daşıyır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk dünyasının mədəni irsini yaşadan Axısqa türkləri

Saatlı, 8 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor Kollektivi 1970-ci ildən bu günə qədər Azərbaycan və bütövlükdə Türk dünyasının musiqi-rəqs ənənələrini yaşadan, zəngin yaradıcılığı ilə seçilən kollektivlərdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarım əsrdən artıq fəaliyyəti ərzində folklor qrupu daim yenilik axtarışında olub, müxtəlif səhnə nümunələri, kompozisiyalar və xalq rəqsləri ilə ölkədə və ölkə hüdudlarından kənarda böyük rəğbət qazanıb.

Kollektivin rəhbəri Yaşar Hurşanov bildirib ki, 1983-cü ildə səhnələşdirdikləri “Vaqif” tamaşası böyük rəğbətlə qarşılanıb. “1987-ci ildə kollektivimiz II Respublika Xalq Yaradıcılığı Festivalının laureatı adına layiq görülüb və müxtəlif medallar, fəxri fərmanlarla təltif olunub. “Adıgün” bu illər ərzində Moskva, Bakı, Şimali Kipr və Türkiyədə keçirilən tədbirlərdə milli mədəniyyətimizi uğurla təmsil edib, həm radio, həm də televiziya vasitəsilə konsert proqramları ilə çıxış edib. 1991-ci ildə kollektiv Mədəniyyət Nazirliyi tərəfindən “Xalq kollektivi” adına layiq görülüb. Daha sonra 2001-ci ildə “Respublika Uşaq Folklor Musiqi Festivalı”nda fəal iştirakına görə diplomla təltif edilib. 2002 və 2003-cü illərdə ölkə və beynəlxalq səviyyəli festivallarda o cümlədən Şimali Kiprdə keçirilən festivalda uğurla çıxış edərək mükafatlarla geri dönüb. 2006–2011-ci illərdə “Azərbaycan – Doğma Diyar” devizi altında keçirilən respublika festivallarında ardıcıl olaraq mükafatlar qazanıb. 2014-cü ildə Axısqa türklərinin sürgününün 69-cu ildönümündə keçirilən tədbirdə nümayiş etdirdiyi çıxışa görə xüsusi təltif alıb. 2018-ci ildə Türkiyənin Aydın şəhərində keçirilən Uşaq və Gənclərin Şənlik Festivalında da “Adıgün” rəqsləri ilə seçilib. 2022-ci ildə Şuşada keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında isə iki rəqslə Azərbaycanı təmsil etməsi kollektivin yaradıcılıq tarixində xüsusi yer tutur. “IV Milli Yaylaq Festivalı”nda “Halay”, “Axıskanın qızları” və Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin musiqiləri əsasında hazırladığı proqramla böyük maraq qazanıb.

Hazırda “Adıgün” Folklor Kollektivi Uşaq İncəsənət Festivalının I və II turlarını uğurla keçərək final mərhələsinə vəsiqə qazanıb. Nəticələrin yaxın günlərdə açıqlanması gözlənilir",- deyə Yaşar Hurşanov bildirib.

Kollektiv bu gün də əvvəlki kimi milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əzmlə fəaliyyətini davam etdirir. Bu gün “Adıgün” Folklor Kollektivi 35 üzvdən ibarətdir və üç yaş qrupu üzrə fəaliyyət göstərir. Kollektiv 50 ildən artıqdır ki, keçirilən mədəni-kütləvi tədbirlərin fəal iştirakçısıdır.

Kollektivin üzvü Ebur Şükriyeva deyib ki, səkkiz ildir kollektivin üzvləri arasındadır və bundan qürur duyur. "Azərbaycan, Türkiyə və digər ölkələrdə səfərlərdə olduğumuz zaman rəqslərimizin böyük rəğbətlə qarşılanması bizi son dərəcə sevindirir. Biz milli dəyərlərimizi dünyaya tanıdır, bu irsi qoruyub gələcək nəsillərə çatdırırıq. Daha çox öz Axısqa rəqslərimizi – “Halay”, “Axısqanın qızları”, “Axısqanın oğlanları” kimi rəqsləri gözəl şəkildə nümayiş etdiririk. Sürgün olunmuş axısqalıların mədəniyyətini təbliğ etmək bizə böyük qürur və xoşbəxtlik verir. Nüfuzlu tədbirlərə dəvət almaq həm bizi fərəhləndirir, həm də fəaliyyətimizə daha böyük həvəs qazandırır”.

-1 / 5

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri