Icma.az
close
up
RU
Adil Çalışkan: Süni intellekt sosial ədalətin və inklüziv inkişafın gücləndirilməsində strateji vasitəyə çevrilir

Adil Çalışkan: Süni intellekt sosial ədalətin və inklüziv inkişafın gücləndirilməsində strateji vasitəyə çevrilir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Bu gün burada toplaşmaq rəqəmsal dövrün gətirdiyi dərin transformasiyanı birgə dəyərləndirmək üçün mühüm bir fürsətdir. Rəqəmsal transformasiya artıq qlobal səviyyədə dövlət siyasətlərinin mahiyyətini yenidən müəyyənləşdirir. Ailə və Sosial Xidmətlər Nazirliyi olaraq, əsas məqsədimiz sosial dövlət modelini rəqəmsal transformasiya dövründə də gücləndirməkdir. Biz bu prosesi dövrün ən müasir texnologiyalarından, xüsusilə, süni intellektdən istifadə etməklə həyata keçiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda “Rəqəmsal dövlət və süni intellektlə transformasiya” panel sessiyasında Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan çıxışı zamanı səsləndirib.

O, rəqəmsal dövrdə sosial siyasətlərin yeni istiqamətlərini və süni intellektin sosial xidmətlərdə tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, süni intellekt yalnız texnoloji yenilik deyil, eyni zamanda, doğru şəkildə tətbiq olunduqda insan həyatını asanlaşdıran, xidmətlərin keyfiyyətini artıran və sosial ədaləti möhkəmləndirən strateji idarəetmə alətidir: “Bu texnologiyalar sosial xidmətlərin effektivliyinin yüksəldilməsində, qərarvermə proseslərinin optimallaşdırılmasında və resursların daha səmərəli idarə edilməsində mühüm potensiala malikdir. Biz artıq süni intellektdən istifadə etməklə sosial xidmət mütəxəssislərinin qərar qəbuletmə proseslərini dəstəkləyən sistemlər yaradırıq. Bu sistemlər mürəkkəb verilənlər toplusunu analiz edərək riskləri erkən mərhələdə müəyyənləşdirməyə və sosial resursları daha rasional şəkildə yönləndirməyə imkan verir”.

Adil Çalışkan əlavə edib ki, onlar rəqəmsal izləmə və təhlil vasitələri sayəsində sosial riskləri proaktiv şəkildə idarə edən müasir bir struktur formalaşdırırlar. Bu sistemlər xəbər axınlarını və ictimai tendensiyaları analiz edərək potensial sosial hadisələri erkən mərhələdə müəyyənləşdirməyə imkan yaradır. Bütün bu təşəbbüslərin mərkəzində isə insanı əsas götürən və verilənlərin etik istifadəsinə söykənən məsuliyyətli yanaşma dayanır: “Texnologiya nə qədər güclü olursa-olsun, onun məqsədi insanın həyat keyfiyyətini artırmaq deyilsə, bu, natamam yanaşmadır. Rəqəmsal transformasiya yalnız texnoloji deyil, eyni zamanda, sosial bir prosesdir. Bu prosesin uğuru, dövlətlərin insan mərkəzli və inklüziv siyasətlər formalaşdırmaq bacarığından asılıdır. Biz rəqəmsallaşmanı yalnız iqtisadi inkişaf vasitəsi kimi deyil, sosial daxilolmanı gücləndirən, heç kimi kənarda qoymayan bir vizyon kimi qəbul edirik. Bu vizyonun əsas hədəfi yaşlıların, əlillərin, qadınların, uşaqların və cəmiyyətin bütün təbəqələrinin rəqəmsal xidmətlərə bərabər və ədalətli çıxış imkanının təmin edilməsidir. Sosial xidmət müraciətlərinin rəqəmsal mühitdə qəbul edilməsi, qərarvermə proseslərinin sürətləndirilməsi və vətəndaşyönümlü xidmət modelinin qurulması bu istiqamətdə atılan əsas addımlardandır. Artıq genişlənən internet infrastrukturunun və e-dövlət imkanlarının sayəsində rəqəmsal sosial xidmətlər ölkəmizin hər bir bölgəsində əlçatan vəziyyətə gəlib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri