Adil Kərimli: Mədəniyyət Nazirliyi və ARKA nın dəstəyi ilə hazırda 26 filmin istehsalı davam edir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 2023-cü ildə 3, 2024-cü ildə 21 film çəkilib. Hazırda 26 filmin istehsalı davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli nazirliyin 2023–2024-cü illərdəki fəaliyyətinə dair geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən teatr xadimlərinin maddi rifahının, teatrların maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində diqqətəlayiq işlər görülüb.
“Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli”, Şuşa Dövlət Musiqili Dram Teatrına “aparıcı”, Beynəlxalq Muğam Mərkəzinə isə “beynəlxalq” statusu verilib. Həmçinin bölgələrdə mədəni iştirakçılığın səviyyəsinin artırılmasına da diqqət yetirilib. 2023-cü ildə “Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası” yaradılıb, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















