Kim Çen In Trampı saymadı ABŞ prezidentinin görüş arzusu boşa çıxdı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri ilə görüşə ümid etsə də, Kim Çen In onun çağırışlarına cavab verməyib. Nəticədə Amerika prezidenti Pxenyanla danışıqlar aparmadan Asiya səfərini başa vurub.
Moderator.az "RFI"-yə istinadən xəbər verir ki, Şimali Koreyanın dövlət mediası Trampın görüş çağırışları fonunda Kim Çen Inın ölkə daxilindəki səfərlərini işıqlandırıb. Lider məktəb avadanlıqları və tədris vəsaitləri istehsal edən fabriklərə baş çəkib, məhsullarla tanış olub.
Tramp Ağ Evə qayıtdıqdan sonra Kimlə yeni görüş keçirmək istəyini dəfələrlə ifadə edib. O, hətta Şimali Koreya liderinin də görüşdə maraqlı olduğunu iddia edib. Lakin Pxenyan bu açıqlamalara münasibət bildirməyib.
Tramp cümə axşamı ABŞ, Çin və Rusiya liderləri ilə görüşlərdən sonra Asiyanı tərk edib. O, Kimlə nə vaxtsa yenidən görüşəcəklərinə ümid etdiyini bildirib.
Kim Çen In isə ölkənin daxili inkişafı və müdafiə məsələlərinə diqqət ayırır. Son səfərləri zamanı o, dəniz müdafiəsinin əhəmiyyətini də xüsusi vurğulayıb.
Xatırladaq ki, Trampın ilk prezidentlik dövründə iki lider üç dəfə görüşsə də, Şimali Koreyanın nüvə proqramı ilə bağlı konkret razılaşma əldə olunmayıb. Pxenyan nüvə arsenalını genişləndirməyə davam edib və nüvə dövlət statusunun dəyişməz olduğunu bəyan edib.
Analitiklərin fikrincə, Şimali Koreyanın Rusiya və Çinlə münasibətlərinin möhkəmlənməsi Kimin Vaşinqtonla danışıqlara marağını azalda bilər.
Baxış sayı:93
Bu xəbər 21 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















