Adil Şükürov: Azər Bağırovun oyun ərzində rotasiya etmək imkanları geniş deyil
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Zirə" - "Kəpəz" qarşılaşması gözlədiyim ssenari üzrə getdi. Əvvəldən də məlum idi ki, "Zirə" bu oyunda favorit olacaq. "Kəpəz" isə imkan yaxaladıqca hücum edəcək. Meydan sahiblərinin həmlələri daha kəsərli alınırdı. Bu cür hücumları davamlı olaraq təşkil etmək üçün "Zirə"nin yetərincə ehtiyat qüvvəsi də mövcuddur" . Bu sözləri Sport24.az-a açıqlamasında Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis sabiq komandasının Zirə"yə məğlub olduğu Misli Premyer Liqasının 24-cü turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Oyun zamanı "Zirə" etdiyi dəyişikliklər də bunu göstərdi. "Kəpəz"ə gəldik də isə komanda da məşqçinin sərəncamında tam heyət formalaşdırmaq üçün oyunçular var. Ancaq Azər Bağırovun oyun ərzində rotasiya etmək imkanları geniş deyil. Lakin buna baxmayaraq "Kəpəz" mübarizə apardı. Amma 90 dəqiqə ərzində "Zirə"nin təhlükəli hücumlarının hamısının qarşısını almaq mümkün olmadı".
Qeyd edək ki, Premyer liqanın XXIV turu çərçivəsində "Kəpəz" səfərdə "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Fevral 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















