Icma.az
close
up
RU
Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”

Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Aşağı yaş qruplarında məğlub olmağımızın əsas səbəblərindən biri liqalarda oynayan komandalar arasında rəqabətin çox aşağı olmasıdır. Bu da futbolçuların inkişafına təsir edir". 

Bu sözləri apasport.az saytına açıqlamasında Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis milli komandaların aldığı ardıcıl məğlubiyyətləri dəyərləndirib: "Ümumi danışsaq, komandalarda proqramlaşdırılmış iş qurulmalıdır. Çünki hər hansı bir keyfiyyətin inkişafı müəyyən yaş qruplarında futbolçulara aşılanır. Aşağı yaş qrupunda bacarığın inkişafı üçün lazım olan məşq kompleksi verilmədiyi halda, böyüdükdən sonra o bacarığı daha az inkişaf etdirmək mümkün olur. Bu da sonda ümumi inkişafda geri qalmağa gətirib çıxarır. Bəzən hətta əsas komandalarda olan istər yerli, istərsə də legioner futbolçularda bunun şahidi oluruq. Amma bunların hamısının təməlində akademiya sistemi durur. Akademiya deyildikdə uşaqların yatması, qidalanması, dincəlməsi, intellektual inkişafı və bir çox işlər nəzərdə tutulur".

Şükürov əsas millimizin Estoniyaya qarşı keçirəcəyi matç barədə düşüncələrini də bölüşüb: "Əvvəlki müsahibələrin birində qeyd etmişdim ki, Estoniya qrupda əsas rəqibimizdir. Biz Estoniya millisini hər iki oyunda məğlub edib, digər komandalardan xal almaqla qrupda 2-3-cü yerlər uğrunda mübarizə apara bilərik. Lakin reallıqda gördük ki, millimiz Estoniya yığmasıyla ilk oyunda göstərdi ki, komanda qrup sonuncusu olmamaq üçün mübarizə aparacaq. Bu da hamını xəyal qırıqlığına uğratdı. Çünki keçən tsikllarda hamı millini tarixin ən güclü yığması kimi görürdü. Millidə yaxşı futbolçular da var. Lakin onları bir yerə topladıqdan sonra meydançada nə edəcəkləri və necə oynayacaqları barədə məlumat da vermək lazımdır. Əslində milli səviyyəsində oynayan futbolçuya sadəcə tələblər deyilir və motivasiya edilərək meydançaya buraxılır. Düşünürəm ki, Estoniyaya məğlub olacağımız təqdirdə komandanın D Liqasına düşəcəyini oyunçulara daha yaxşı izah etmək lazımdır. Bununla da, həmin heyət Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq. Hamımızın millidən qalibiyyət gözlədiyini futbolçulara bildirmək lazımdır".

Qeyd edək ki, Millətlər Liqasının V turunun Azərbaycan - Estoniya matçı noyabrın 16-da keçiriləcək.

İsmayıl Xeyrullayev

"Beşiktaş" - "Makkabi" matçı Bakıda keçiriləcək? - AÇIQLAMA Konfrans Liqası: “Başakşehir”in matçında 4 qol - YENİLƏNİB AL: “Qalatasaray”dan qələbə, “Fənərbaxça” məğlub oldu - YENİLƏNİB Qurban Qurbanov: “Bütün Azərbaycan bizdən qələbə gözləyirdi” ÇL: Həftənin ən yaxşı futbolçusu bəlli oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri