Icma.az
close
up
RU
Adil Şükürov üçün böyük futbolda sonuncu oyun... o, azarkeşin evinə niyə getmək istəyirdi?

Adil Şükürov üçün böyük futbolda sonuncu oyun... o, azarkeşin evinə niyə getmək istəyirdi?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azarkeş: Deyirəm, sakit dur!
Adil Şükürov: Sən məni evə göndərirdin?
Azarkeş: Hə, deyirəm, evə get!
Adil Şükürov: Səni məni evə göndərirdin? Evində yerin var? Adam kişi olar!
Bu dialoqu adi bir məhlə davasından götürməmişik. “Kəpəz” – “Qəbələ” oyunundan sonra gəncəlilərin baş məşqçisi Adil Şükürovla azarkeş arasında yaşanan söhbətdi. Oxumaq nə qədər acınacaqlı olsa da!
Birincisi, baş məşqçinin azarkeşlə mübahisəyə girişməsi çox absurddu. Açığı, mən də “Xəmsə” kimi elə bilmişdim ki, Adil Şükürov onlara yaxınlaşıb halallıq almaq istəyir. Bu gün-sabah 50 yaşı olacaq mütəxəssisin komandadan haqlı olaraq nəticə istəyən azarkeşlərə bu şəkildə polemikaya girməsinin izahı yoxdu...
3-cü turdan etibarən azarkeşlər “Adil, istefa” şüarını səsləndirir. Haqlıdılarmı? Gördük ki, haqlı imişlər. Sonda rəhbərlik bu işi gördü. Azarkeşin “evə get” şüarının altında “işləmə, evində otur” mesajı dayanır. Burda anlaşılmaz, qaranlıq qalan məqam yoxdu. Adil Şükürov isə cavabında “evində yer var?” deyir. Bəlkə Adil Şükürov özü utanmır, amma biz onun yerinə çox utandıq. Necə yəni “evində yerin var”? Demək istəyirsən ki, evində mənim yatmağım üçün yer var? Bu ki ədəbsizlik, abırsızlıq, bütün milli-mənəvi dəyərlərə, mentallığa tüpürməkdi? Həmin azarkeş Şükürovu bıçaqlasaydı, hansısa şəkildə cəzalandırsaydı, haqlı olacaqdı, yoxsa haqsız? Adil Şükürovun bu ifadəsinə oxşar sözlərə görə Gəncədə çox qan tökülüb. Oturub-durub dua etsin ki, yaxşı qurtatdı.
Adil Şükürov son iki mövsümdə ikinci dəfə mövsümün əvvəlində komandanı götürür, 6-cı tura qədər çatdıra bilmir. Azarkeşin təzyiqinə tab gətirə bilməyən, “evə get” sözünə “evində yer var?” cavabı verən mütəxəssis bundan sonra hansı klubda baş məşqçi kimi çalışa bilər? Onu işə götürəcək klub rəhbəri azərbaycanlı azarkeş önündə hansı məntiqli izahı verə bilər?
Çox güman, “Qəbələ” – “Kəpəz” oyunu Adil Şükürovun böyük futbolda sonuncu oyunu idi. Uşaq futbolunda özünə iş yeri axtarsın, bəlkə orda nəsə edə bilər. Ən azı bu qədər təzyiqlə üz-üzə gəlməz.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri