Icma.az
close
up
RU
Adında və elmi fəaliyyətində Azərbaycan ədəbiyyatını yaşadan nəcib Azərbaycan qadını

Adında və elmi fəaliyyətində Azərbaycan ədəbiyyatını yaşadan nəcib Azərbaycan qadını

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

O, əsl elm fədaisi idi. 68 illik ömrünün 44 ilini Azərbaycan ədəbiyyatı tarixinin, əlyazma toplularının tədqiqatına həsr etmişdi. Söhbət filologiya üzrə fəlsəfə doktoru, dosent  Sevər Heydər qızı Cabbarlıdan gedir. 

Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan, görkəmli dramaturq Cəfər Cabbarlının nəslindən idi Sevər Cabbarlı. O, görkəmli ədibin qardaşı nəvəsi idi. Elə Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərinin qəhrəmanı Sevərin adını daşıyırdı.

1957-ci il fevral ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olan Sevər Cabbarlı 1964-cü ildə Cəfər Cabbarlı adına 161 saylı orta məktəbə daxil olub və 1974-cü ildə həmin məktəbi bitirib.

1974-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olub. 1978-ci ilin iyun ayından 1979-cu ilin iyul ayına kimi Əfqanıstanda hərbi hospitalda mütərcim kimi fəaliyyət göstərib. 1980-ci ildə ali təhsilini tamamlayıb. 1981-ci ilin yanvar ayından AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlayıb. 1983-1985-ci illər ərzində yenidən Əfqanıstana ezam olunub və burada mütərcim kimi çalışıb. 1985-ci ildən 1991-ci ilə qədər ailə vəziyyəti ilə əlaqədar məzuniyyətdə olub.

1991-ci ilin iyun ayından M.Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdili əlyazmaların tədqiqi şöbəsi”ndə elmi fəaliyyətini davam etdirib. Sevər Cabbarlının əsas tədqiqat sahəsi ədəbiyyat və folklor mətnşünaslığı, XVIII-XIX əsrlər əlyazma toplularının (məcmuə, cüng və bəyaz) araşdırılması olub. 1994-cü ildə “XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb. Alimin əsas elmi nailiyyəti Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi, XVIII-XIX əsr əlyazma toplularının araşdırılması, XIX əsrdə yaşayıb yaratmış Azərbaycan şairlərinin əsərlərinin tədqiqi və çapa hazırlanması olub. Ədəbiyyat, folklor və mətnşünaslıq sahələri üzrə tədqiqat işləri aparan Sevər Cabbarlı 42 elmi əsərin müəllifi idi.

28 iyun 2006-cı ildə ədəbiyyat nəzəriyyəsi və mətnşünaslıq ixtisası üzrə dosent elmi adı alıb. Alim 2022-ci ilin martın 18-də 27 mart “Elm Günü” münasibətilə və məhsuldar elmi fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.

“XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları”, Şeyx Səfi təzkirəsi, Əlövsət Dərbəndi. “Töhfeyi-əhbab və sovqati-əsbab”, Mirzə Yusif xan Təbrizi. “Yek kəlmə”, Məmo bəy Məmayi. Şeirlər, Seyyid Zərgər. “Mizanül-ədalət”,  Novbəri. Seçmə şeirlər, Novbəri. “Növhələr”,  Mirzə Sadıq Rahil. “Bəhrül-həqaiq” yaxud “Şərhi-Gülüstan”, “Xəridətül-əcaib və fəridətül-ğəraib” nəşrləri məhz Sevər Cabbarlının tərtibatı əsasında ərsəyə gəlib.

Apardığı elmi tədqiqatları həyatının mənası hesab edən görkəmli alim Sevər Cabbarlı 2025-ci ilin yanvarın 7-də 68 yaşında vəfat edib.

Adında da, elmi fəaliyyətində də Azərbaycan ədəbiyyatını yaşadan Sevər Cabbarlı özündən sonra zəngin elmi irs buraxdı və bu irs onu daim yaşadacaq. 

Sevər xanım həm də sadə insan, qayğıkeş ana idi. S.Cabbarlının bir qız və bir oğul olmaqla iki övladı var. Qeyd edək ki, o, Milli Məclisin deputatı Könül Nurullayevanın anasıdır.

Yeri gəlmişkən, Sevər xanımın anası, professor Aşura İsmayılova da 50 il BDU-nun Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. Neçə-neçə gənc elm adamının formalaşması və inkişafında önəmli rol oynayan fədakar alim səmərəli elmi-pedaqoji fəaliyyəti ilə daim fərqlənib. Təsadüfi deyil ki, bu gün ölkəmizin ən müxtəlif elm və təhsil ocaqlarında A.İsmayılovanın çoxsaylı yetirmələri uğurla fəaliyyət göstərir.

Sevər xanım həm də nəcib ziyalı, ən yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan qadını idi.  İnsani və mənəvi keyfiyyətləri  ilə onu tanıyanların ehtiramını qazanmışdı.

“Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan”. Hər kəs Sevər xanımı bu cür xarakterizə edir.  Onu tanıyanlar, birgə çalışdığı insanlar yalnız xoş sözlər söyləyir ki, bu da Sevər xanımın daxilən necə zəngin və alicənab bir xanım olmasından xəbər verir. Sevər xanımın təmənnasız xeyirxahlığı, insanlara əl tutması nəciblik və fədakarlıq nümunəsi idi.

Sevər Cabbarlının yoxluğu tək onun yaxınları üçün deyil, həm də onu tanıyanların, sevənlərin itkisidir. Onun əziz xatirəsi sevənlərinin qəlbində daim yaşayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri