Adnan Əhmədzadə klub almaq üçün AFFAya rəsmi müraciət edib İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tanınmış iş adamı, SOCAR-ın sabiq əməkdaşı Adnan Əhmədzadə Azərbaycanda klub sahibi olmağa qərar verib.
İdman.biz xəbər verir ki, beynəlxalq futbol aləmi ilə, xüsusən İspaniyanın "Barselona" klubu ilə yaxşı əlaqələri olan iş adamı I Liqada çıxış edən "Mingəçevir" klubuna sahib olmaq üçün ilk addımını atıb.
O, bunun üçün AFFA-ya rəsmi müraciət edib. Qurumla Əhmədzadə arasında danışıqlar hələ yekunlaşmayıb. O, zəngin futbol ənənələrinə malik Mingəçevirin təmsilçisini ölkənin aparıcı klubları sırasına daşımaq niyyətindədir.
Qeyd edək ki, braziliyalı dünya çempionu Ronaldinyo və "Barselona"nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirən iş adamı argentinalı əfsanə Lionel Messi ilə dostluq əlaqələri ilə də tanınır.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















