Icma.az
close
up
RU
Adnan Əhmədzadə Azərbaycanın bu klubuna rəhbərlik edəcək İdman və Biz

Adnan Əhmədzadə Azərbaycanın bu klubuna rəhbərlik edəcək İdman və Biz

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış iş adamı, SOCAR-ın sabiq əməkdaşı Adnan Əhmədzadə peşəkar futbola gətirilir.

İdman.biz Prosport.az-a istinadən xəbər verir ki, beynəlxalq futbol aləmi ilə, xüsusən İspaniyanın "Barselona" klubu ilə yaxşı əlaqələri olan Əhmədzadə yanvardan etibarən I Liqada çıxış edən "Mingəçevir" klubunun rəhbərliyi postunda olacaq.

Braziliyalı dünya çempionu Ronaldinyu və "Barselona"nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirmiş, argentinalı dünya çempionu Lionel Messi ilə dostluq əlaqələri olan şəxs artıq özünü peşəkar futbolda sınamaq istəyir. A.Əhmədzadənin əsas məqsədi "Mingəçevir"i dirçəltmək, bu şəhərdə peşəkar futbolu inkişaf etdirmək, klubu əvvəlki əzəmətinə qaytarmaq olacaq.

Bu səbəbdən də İqtisadiyyat Nazirliyində Aparat rəhbəri işləyən, Mingəçevirdən olan Ayaz Əliyev daha kluba rəhbərlik etməyəcək. Həmçinin, onun sinif yoldaşı Nurlan Əhmədovun da İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.

Klubun yeni adı isə böyük ehtimalla, ASTA və ya "ASTA-Mingəçevir" olacaq. ASTA A.Əhmədzadənin Azerbaijan Sport Talents Academy mənasını verən uşaq futbol məktəbinin adıdır. Məhz "Barselona" ilə yaxşı əlaqələrinin olması səbəbindən bu il ASTA-dan bir neçə azərbaycanlı uşaq hazırda "Marset" Akademiyasında təhsil alır.

Həmçinin, hazırda AFFA-nın keçirdiyi aşağı yaş qrupu üzrə liqalarda yarışan ASTA futbolçularının "Mingəçevir" klubunun balansına veriləcəyi gözlənilir.

Adnan Əhmədzadə Gənclər və İdman Nazirliyinə məxsus Mingəçevir şəhər stadionunu da uzun müddətə icarəyə götürmək və buradakı infrastrukturu daha da mükəmməlləşdirmək niyyətindədir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri