Adnan Əhmədzadənin əməli bulara da aiddir KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bir çoxları kimi mən də SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə haqqında aparılan cinayət işini izləyirəm. Hansı nəticələrə gəlinəcəyini səbirsizliklə gözləyirəm. Adnan Əhmədzadənin əməli bir qarın yemək deyil ki, yeyəsən, üstündən su içəsən və bir insana aid ola. Bu, geniş bir şəbəkənin, özü də beynəlxalq şəbəkənin əməlidir. Bu haqda həm ölkə daxilində, həm də ölkə xaricində xeyli yazırlar. Yəni Adnan Əhmədzadə beynəlxalq cinayət şəbəkəsinə daxil olan qrupun əməllərinin törədicisidir. Təbii ki, tək başına bu əməli edə bilməzdi. Mümkün deyil ki, bu məsələlər beynəlxalq təşkilatlarla əlaqəli olmasın”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
“Şübhə etmirəm ki, bu məsələdə Adnan Əhmədzadə ilə bağlı müxtəlif səviyyələrdə geniş bir cinayət şəbəkəsi var. Şübhəsiz ki, bunlar ən yüksək vəzifələrdə oturanlara da aiddir. İstintaqın nəticələrini gözləməliyik. Amma hamı ədalətli qərar gözləyir ki, orada aparılan böyük bir cinayət kampaniyası təkcə kiminsə üstünə fokslanmasın, bir nəfəri izolyasiya etməklə böyük cinayətin üstü ört-basdır edilməsin. Neftin keyfiyyətinin dəyişdirilməsi ilə bağlı beynəlxalq hay-küy də var. Azərbaycan dövləti də bundan çox ziyan çəkir. Külli miqdarda zərər dəyib. O pullar da mənimsənilib. Kimlər tərəfindən? Necə? Haradadır? Hansı məsuliyyətə cəlb olunacaqlar? Biz də istintaqın gedişatını və nəticəsini gözləməliyik…” – T.Kərimli deyib.


