Icma.az
close
up
RU
ADNSU nun rektorundan abituriyentlərə MÜRACİƏT

ADNSU nun rektorundan abituriyentlərə MÜRACİƏT

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov abituriyentlərə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Əziz abituriyentlər!
Qarşınızda çox vacib bir seçim var — universitet seçirsiniz. 
Universitet seçərkən görülən işlərə, yaradılan imkanlara və əldə olunan nəticələrə baxmağınız tövsiyə edirəm.
Biz vəd vermirik! Rəqəmlərlə və nəticələrlə danışırıq. 106 il — ADNSU-nun arxasında dayanan milli mühəndislik irsidir. Bizim üçün tarix sadəcə yaş deyil. Bu, nəsillər boyu formalaşmış mühəndislik məktəbi, akademik ənənə, elmi potensial və böyük məzun şəbəkəsidir.
42 professor və 272 dosent — universitetimizin akademik gücüdür. Biz güclü nəzəri biliyin mühəndis təhsilinin təməli olduğuna inanırıq. 
2025-ci ildə beynəlxalq reytinqli (scopus) jurnallarda 750-dən artıq elmi məqalə ADNSU-da elmi-tədqiqat fəaliyyətinin miqyasını göstərir. Məqsədimiz tələbələrimizi də mümkün qədər tez bu elm və innovasiya mühitinin bir hissəsinə çevirməkdir. Ölkəmizin gələcəyi məhz elmi və texnoloji inkişafla bağlı olacaqdır!
Universitet illəri isə yalnız auditoriyada keçməməlidir. Təkcə son yarım ildə 150-dən artıq tələbəmiz mübadilə proqramlarında iştirak etmək üçün 8 ölkənin 10 universitetinə göndərilib. Biz tələbələrimizin fərqli akademik mühitlərdə təhsil almasını və beynəlxalq təcrübə qazanmasını dəstəkləyirik. 
Eyni zamanda ADNSU-nun özündə 58 ölkədən 1000-ə yaxın əcnəbi tələbə təhsil alır. Biz tələbələrimizi dünyaya aparır, dünyanı ADNSU-ya gətiririk. Bu beynəlxalq mühitdə təhsil imkanıdır! 
ADNSU-nun başqa bir mühüm üstünlüyü kampusumuzun Bakının mərkəzində yerləşməsidir. Bu, sadəcə rahat nəqliyyat demək deyil. Universitetimizin ətrafında teatrlar, muzeylər, konsert zalları, konservatoriya və Bakının zəngin mədəni mühiti var. 
Biz sənayeni universitetə gətiririk, tələbələrimizi isə sənayeyə aparırıq. Bunu da rəqəmlər göstərir: 700-dən çox müəssisə ilə əməkdaşlıq və hər il 3000-dən çox tələbə üçün real iş mühitində təcrübə imkanı. Məqsədimiz tələbəni real peşə həyatına hazırlamaqdır.
Gördüyümüz işlərin nəticələri beynəlxalq səviyyədə də görünür. QS Dünya Universitetləri Reytinqində son 3 ildə 600 pillə irəliləyərək 711-ci yerdəyik və siz məzun olanda ADNSU dünyanın ən yaxşı 500 universiteti arasında olacağı ehtimalı böyükdür. Bu diplomunuzun beynəlxalq səviyyədə tanınması deməkdir. 
Nəticəni məzunlarımızın əmək bazarındakı mövqeyində də görürük. ADNSU məşğulluq göstəricilərinə (rəsmi rəqəmlər) görə ölkənin lider universitetlərindəndir. 
Əziz gənclər,
Biz sizə asan yol vəd etmirik! Biz sizə güclü akademik mühit, elm, sənaye, beynəlxalq təcrübə və inkişaf imkanları təqdim edirik.
Universitet seçərkən nəticələrə baxın. Rəqəmlərə baxın. Elmi potensiala baxın. Beynəlxalq imkanlara baxın. Sənaye ilə əlaqələrə baxın. 
Əgər böyük hədəfləriniz, öyrənmək, yaratmaq və inkişaf etmək istəyiniz varsa, sizi ADNSU-da görməkdən şad olarıq.
Seçiminizdə hər birinizə uğurlar arzulayıram”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Avqust 2026 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri