Icma.az
close
up
RU
ADNSUda BƏƏ Universiteti ilə birgə simpozium keçirilib

ADNSUda BƏƏ Universiteti ilə birgə simpozium keçirilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Birləşmiş Ərəb Əmirlikləri Universiteti (UAEU) ilə birgə “Davamlı Kənd Təsərrüfatı üçün İnnovativ Strategiyalar: Təmiz Suya Çatımlılıq və Bərpa Olunan Enerji Həllərinin İnteqrasiyası” mövzusunda simpozium keçirilib.Simpoziumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, Birləşmiş Ərəb Əmirlikləri Universitetinin (UAEU) prorektoru, professor Ahmed Ali Al Raeesi və həmin universitetin Kənd təsərrüfatı və baytarlıq fakültəsinin dekani, Dr. Mohammed Alyafei və ADNSU-nun professor-müəllim heyəti iştirak edib. SİA xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq COP29 çərçivəsində keçirilən belə bir simpoziumun iştirakçılar arasında geniş əlaqələrin qurulmasına və aparılan müzakirələrin gələcəkdə bu sahədə daha da dərin əməkdaşlıq üçün möhkəm təməl olacağına ümidvar olduğunu bildirib. Simpoziumda daha çox təkmilləşdirmə və kənd təsərrüfatına diqqət yetirləcəyini deyən dosent Vazeh Əskərov universitetin əsas maraqlarının alternativ enerji, enerji mühəndisliyi, iqlimlə mübarizə (SDG 13) və kimya mühəndisliyi olduğunu qeyd edib. ADNSU-da olmaqdan məmnunluğunu bildirən Birləşmiş Ərəb Əmirlikləri Universitetinin prorektoru, professor Ahmed Ali Al Raeesi tərəfdaşlığı inkişaf etdirməyin hər iki qurum üçün vacibliyindən danışaraq, qlobal və mühüm məsələlər üçün effektiv həll yolları tapmaq məqsədilə birgə işləmək öhdəliyinin göstəricisi kimi dəyərləndirib. Simpoziumda həmçinin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında akademik əməkdaşlığı əks etdirən mühüm məqamlar müzakirə edilib, əsasən kənd təsərrüfatında su resurslarının qorunması, ağıllı suvarma texnologiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə və beynəlxalq əməkdaşlığın dayanıqlı kənd təsərrüfatı üçün rolu mövzularda fikir mübadiləsi aparılıb. Sonra Azərbaycanı təmsil edən aparıcı mütəxəssislərdən Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Dr. Namiq Şalbuzov, Agro Dairy MMC-nin Performans Meneceri Ağaqul Hüseynzadə və Provitaz MMC-nin Baş direktoru Emin Məmmədov çıxış ediblər, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda ADNSU və UAEU-nun birgə SDG Tədqiqat Proqramı elan edilib ki, bu da dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün iki universitetin birgə fəaliyyətinə start verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri