ADNSUda BƏƏ Universitetinin rəhbər şəxsləri ilə görüş keçirildi FOTOLAR
Unikal-dan alınan məlumata görə, Icma.az bildirir ADNSUda BƏƏ Universitetinin rəhbər şəxsləri ilə görüş keçirildi FOTOLAR.
Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə olan Birləşmiş Ərəb Əmirlikləri Universitetinin rəhbər heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
"Unikal" xəbər verir ki, universitetlə tanış olan qonaqlar – Birləşmiş Ərəb Əmirlikləri Universitetinin prorektoru, professor Ahmed Ali Al Raeesi və həmin universitetin Kənd təsərrüfatı və baytarlıq fakültəsinin dekanı Dr. Mohammed Alyafei ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüblər.
ADNSU-nun prorektorlarının da iştirak etdiyi görüşdə iki ali təhsil müəssisəsinin əməkdaşlıq əlaqələri müzakirə edilib. Belə ki, tərəflər arasında tələbə-müəllim mübadiləsi və birgə elmi layihələrin icrası, beynəlxalq reytinq bazalarında təmsil olunma, təhsil təcrübəsinin bölüşdürülməsi kimi məsələlərdən bəhs olunub, müştərək icra ediləcək layihələrin uğurlu olacağına əminlik ifadə olunub.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)