Adolf Hitler pitsa sifariş etdi POLİS SAXLADI FOTO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Aşağı Tagil şəhərindəki ticarət mərkəzlərindən birində qəlyanaltı etmək istəyən gənc sifarişi "Adolf Hitler" adına rəsmiləşdirib. Lakin bu addım hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb və "zarafatcıl" qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxs elektrik ixtisası üzrə təhsil alan Timofey adlı tələbədir.
Bizim.Media xəbər verir ki, gənc dindirilmə zamanı pitsanı özü üçün sifariş etdiyini boynuna alıb.
O, törətdiyi əməldən peşman olduğunu bildirərək, heç bir nasist ideologiyasına mənsub olmadığını və bu adı sadəcə "düşünmədən zarafat məqsədilə" yazdığını iddia edib.
Etdiyi bu hərəkətə görə gəncə qarşı müvafiq maddə ilə inzibati protokol tərtib olunub. İndi onu 15 sutkayadək inzibati həbs cəzası gözləyir.

Bizim.Media
Baxış sayı:147
Bu xəbər 17 İyun 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















