Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

ADP İdarə Heyəti növbəti toplantısını keçirib

ADP İdarə Heyəti növbəti toplantısını keçirib

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Azərbaycan MDB-də üzvlüyünə yenidən baxmalıdır... 

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər ətrafında geniş müzakirələr aparılıb. Toplantıda ilk öncə İrana qarşı ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar və onların mümkün nəticələri geniş təhlil edilib. Yaranmış gərginlik və hərbi qarşıdurmanın ən qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin regionun və bütövlükdə dünyanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyəti qeyd edilib. Eyni zamanda İran ərazisində mülki obyektlərin hədəfə alınması hallarının yolverilməz olduğu vurğulanıb və qeyd edilib ki, mülki infrastrukturun vurulması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, müharibə cinayəti kimi qiymətləndirilməlidir.

İdarə Heyəti ABŞ-ın İran ərazisində mümkün quru hərbi əməliyyatlarının həyata keçirilməsi ehtimalına da münasibət bildirib. Qeyd olunub ki, belə bir ssenari qəti şəkildə yolverilməzdir və bu, region dövlətlərinin genişmiqyaslı müharibə ilə üz-üzə qalmasına səbəb ola bilər. ABŞ tərəfindən İran ərazisində yerləşən atom elektrik stansiyasının hədəf alınması ilə bağlı yayılan məlumatlara da diqqət çəkən müzakirə iştirakçıları bu cür addımların region ölkələrini ağır ekoloji və humanitar fəlakətlərlə üz-üzə qoya biləcəyindən dərin narahatçılığını ifadə edib və müharibə tərəflərini, xüsusilə ABŞ və İsraili, vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə, beynəlxalq hüquq çərçivəsində məsuliyyətli davranmağa çağırıb.

İdarə Heyəti ABŞ tərəfindən İran ətrafı bölgədə kürd silahlı qruplarına hərbi sursatların ötürülməsi ilə bağlı narahatlıqlarını da ifadə edib. Qeyd edilib ki, bu məsələ yalnız İranla məhdudlaşmır, eyni zamanda regionun bütün dövlətlərinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Bu baxımdan bölgə ölkələrinin belə addımlara qarşı vahid və qəti mövqe ortaya qoymasının vacibliyi bildirilib.

İdarə Heyəti Rusiya-Ukrayna müharibəsinə də toxunub. Qeyd edilib ki, İrana qarşı aparılan hərbi əməliyyatlar fonunda bu münaqişənin beynəlxalq gündəmdən çıxarılması yolverilməzdir, bu müharibə dünya ictimaiyyətinin diqqət mərkəzində saxlanılmalı və Ukraynaya qarşı aparılan təcavüzkar müharibəyə beynəlxalq hüquq normaları çərçivəsində ən qısa zamanda son qoyulmalıdır.

İdarə Heyəti Ermənistanda iyun ayında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri və bu prosesə Rusiya tərəfindən müdaxilələrlə bağlı yayılan məlumatları da müzakirə edib. Qeyd edilib ki, başqa dövlətin Ermənistanın daxili işlərinə müdaxilə etməsi yolverilməzdir. Eyni zamanda son dövrlərdə Rusiya mətbuatında Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi qəti şəkildə pislənilib və bunun Azərbaycanın suverenliyinə qarşı yönəlmiş addım olduğu vurğulanıb. Qeyd edilib ki, bu faktlar Rusiyanın regionda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olmadığını göstərir və iki ölkə arasında aparılan sülh prosesini pozmağa və yeni münaqişə ocağını yaratmağa xidmət edir. Bu baxımdan baş verən proseslərin MDB-nin prinsiplərinə zidd olduğu vurğulanaraq Azərbaycanın bu qurumda üzvlüyünə yenidən baxılmasının vacibliyi qeyd olunub.

İdarə Heyətində ötən həftə Bakıda Türk Dövlətləri Təşkilatının baş nazirlər səviyyəsində keçirilmiş toplantısı da müzakirə olunub. Bu toplantı təşkilata üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib və qeyd olunub ki, üzv ölkələr arasında münasibətlər bütün sahələr üzrə dərinləşdirilməli, əməkdaşlıq siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə genişləndirilməli və inteqrasiya prosesləri daha da gücləndirilməlidir.

İdarə Heyəti İsrail tərəfindən İranın Xəzər dənizində yerləşən liman infrastrukturunun hədəfə alınması ilə bağlı yayılan məlumatlar və bu fonda Rusiyanın Xəzər boyunca hərbi təlimlər keçirmək təşəbbüsü də müzakirə olunub. Qeyd edilib ki, Xəzər hövzəsində hərbi gərginliyin artırılması yolverilməzdir, bu cür addımlar Xəzər sahilində yerləşən dövlətlərin suverenliyinə, təhlükəsizliyinə təhdid yaradır və Xəzər dənizi sülh və əməkdaşlıq məkanı kimi qorunmalıdır.

İdarə Heyəti son günlər Bakı şəhərində və ətraf qəsəbələrdə intensiv yağıntılar nəticəsində baş vermiş subasma hallarını geniş və əhatəli şəkildə müzakirə edib. Qeyd edilib ki, müşahidə olunan subasmalar təkcə təbii amillərlə izah oluna bilməz və bu hallar uzun illər ərzində şəhər təsərrüfatının düzgün planlaşdırılmaması, drenaj və kanalizasiya sistemlərinin köhnəlməsi və ya olmaması, həmçinin şəhərsalma normalarının kobud şəkildə pozulması ilə birbaşa bağlıdır. Xüsusilə yağış sularının axıdılması üçün nəzərdə tutulan kollektorların üzərində və ya yaxınlığında aparılan qanunsuz tikililər, eləcə də infrastrukturun yüklənməsi bu problemləri daha da dərinləşdirir. Bununla yanaşı vurğulanıb ki, idarəetmədə şəffaflığın olmaması, kadr təyinatlarında qeyri-obyektiv yanaşmalar, peşəkarlıq prinsipinin pozulması, eləcə də korrupsiya və rüşvətxorluğun dövlət siyasəti səviyyəsinə qaldırılması mövcud vəziyyətin yaranmasında mühüm rol oynayır. İdarə Heyəti hesab edib ki, yaranmış vəziyyət vətəndaşların təhlükəsizliyi, əmlakı və gündəlik həyatı üçün ciddi risklər yaratdığını və bunun, artıq sistemli problem xarakteri daşıdığı nəzərə alınaraq aidiyyəti dövlət orqanları tərəfindən məsələ dərindən araşdırılmalı, məsul qurumların fəaliyyəti obyektiv qiymətləndirilməli, idarəetmədə yol verilmiş nöqsanlara görə cavabdehlik müəyyən edilməli və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün kompleks tədbirlər həyata keçirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:370
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Aprel 2026 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri