Icma.az
close
up
RU
ADP Rus imperiyası simvollarının Azərbaycanda qadağan olunmasını TƏLƏB EDİR

ADP Rus imperiyası simvollarının Azərbaycanda qadağan olunmasını TƏLƏB EDİR

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Partiya Ərdoğanın Çaldıran döyüşü barədə səsləndirdiyi bəyanatdan da narahatçılığını ifadə edib

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları Rusiya və Ukrayna nümayəndə heyətinin 15 mayda İstanbulda keçirdikləri görüşün nəticələrinə münasibət bildirib.

Partiya yetkililəri dünya ictimaiyyətinin diqqətlə izlədiyi və müsbət dəyişikliklərin gözlənməsinə ümid bəslədiyi bu görüşün Putin Rusiyasının imperiya ambisiyaları və işğalçılıq niyyətlərindən geri durmaması ucbatından, sülhə təminatverici nəticələr əldə edilməməsindən təəssüfləndiyini bildirib. Pusiya prezidentinin görüşdən əvvəl ön şərtlər irəli sürülmədən bu görüşə razılıq verməsinə baxmayaraq, sonradan bu görüşdə iştirak etməməsini və göndərdiyi nümayəndə heyətinin isə Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edən şərtlər irəli sürməsini bu ölkənin nəinki barışa hazır olmaması, əksinə öz işğalçılıq siyasətini daha qabarıq şəkildə davam etdirməsi kimi dəyərləndirən İdarə Heyəti bir daha dünya dövlətlərini, xüsusilə son vaxtlar merkantil maraqlarından dolayı Rusiyaya qarşı yumşaq siyasət sərgiləyən ABŞ administrasiyasını Putin Rusiyasına qarşı ən ciddi, təsirli sanksiyalar tətbiq etməyə, onun beynəlxalq hüquqa zidd hərəkətlərini durdurmağa çağırıb.

İdarə Heyəti Albaniyanın paytaxtı Tiranada Azərbaycan prezidentinin də iştirak etdiyi Avropa Siyasi Birliyinin 6-ci Zirvə Toplantısının nəticələrinə münasibət bildirib və ölkəmizin bu birlikdə iştirakının Avropa ilə əlaqələrinin dərinləşməsində, iqtisadi, siyasi, mədəni əlaqələrin genişlənməsində, Avropanın demokratiya, insan hüquq və azadlıqları ilə bağlı dəyərlərinin ölkəmizə daha məzmunlu şəkildə transfer olunmasında müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

İdarə Heyəti ABŞ prezidenti D.Trampın Orta Şərqə səfərinin nəticələri ətrafında fikir mübadiləsi aparıb. Qeyd edilib ki, bu səfər təkcə böyük iqtisadi razılaşmalarla, hərbi sövdələşmələrlə ABŞ-a fayda gətirən bir görüş olmaqla qalmayıb, eyni zamanda regionda yeni geosiyasi tarazlığın yaranmasına göstərdiyi təsir baxımından diqqəti cəlb edir. ABŞ-ın körfəz ölkələri ilə ənənəvi yaxınlaşması və bu yaxınlaşmanı ilk dəfə olaraq strateji müttəfiqi İsraillə hesablaşmadan aparması, Çinlə aparılan rəqabət fonunda bu görüşlərdən əldə edilən iqtisadi, siyasi faydaların onun qlobal gücünə güc qatması bir daha ABŞ-in iqtisadi maraqlarını ön plana çəkdiyini göstərir. Qeyd edilib ki, bu səfər zamanı D.Trampın Suriyanın yeni prezidenti ilə keçirdiyi görüşlər, Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılması ilə bağlı verilən vədlər, Suriya siyasətində Türkiyənin mövqeyi ilə razılaşmalar da diqqətdən qaçmamalıdır.

İdarə Heyəti İmişlidə 9 mayda keçirilən tədbirdə SSRİ bayrağının nümayiş etdirilməsi, tədbir iştirakçılarının yaxasına Rusiyanın georgi lentinin asılması faktının cəmiyyətmizdə əks reaksiya doğurması, vətəndaşlarımız tərəfindən bu hadisəyə təpki göstərilməsi məsələsinə münasibət bildirib və işğalçı bir dövlətin siyasətinin davamına xidmət edən bu hadisəni qətiyyətlə pisləyib. Partiya yetkililəri istər çar Rusiyası, istərsə də sovet Rusiyası dövründə millətimizə qarş assimilyasiya siyasəti aparan bir dövlətin simvolların keçirilən tədbirlərdə yaşadılması, yenidən dirçəldilməsi faktının heç bir əxlaqa, heç bir qanuna sığmadığını diqqətə çatdırıb və bu hadisənin təşkilatçılarının layiqli cəzasını alması üçün hüquq mühafizə orqanlarının hərəkətə keçməsinin vacibliyini qeyd edib. İdarə Heyəti hakimiyyəti, millətimizin əleyhinə çevrilən, bizə həqarətlə yanaşan Rusiyanı sevindirən bu hadisənin arxasında duran qüvvələri aşkarlamağa, xüsusilə bu işin Azərbaycanda fəaliyyəti dondurulan “Rus evi” ilə bağlı olub-olmamasını aydınlaşdırmağa çağırmaqla yanaşı, rus imperiyasının simvollarının Azərbaycanda tətbiqini qadağa edən normativ hüquqi aktlar qəbul etməyə çağırıb.

İdarə Heyəti Türkiyə prezidenti R.T.Ərdoğanın tariximizin ürək ağrısı ilə arxivinə gömüldüyü, iki türk dövlətinin bir-biri ilə qarşı-qarşıya gətirildiyi Çaldıran döyüşü barədə səsləndirdiyi bəyanatdan narahatçılığını ifadə edib və qardaş ölkə başçısının bu döyüşü ərəbin, türkün və kürdün qələbəsi kimi yozmasını onun bu hadisələrlə bağlı yetkin bilgiləndirilmədiyi kimi dəyərləndirib. Partiya yetkililəri, istər Əmir Teymurun İldırım Bəyazidlə olan davasanı, istər də Sultan Səlimin Şah İsmayılla olan davasının türk birliyinin, türk dövlətlərinin varlığının sarsıdılmasına, daha çox o zamanın xarici güclərinin əlinə oynayan xoşagəlməz bir olay olduğunu diqqətə çatdırıb və hər iki qardaş xalqın yetkililərini tarix və ədəbiyyat üzrə səthi bilgilərlə birliyimizi sarsıtmağa yönələn addımları atmaqdan çəkinməyə çağırıb.

Hazırladı: KƏNAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 May 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri