Icma.az
close
up
RU
ADPU da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib

ADPU da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil menecmenti kafedrasının professoru Müseyib İlyasovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Əvvəlcə alimin elmi tədqiqatlarından ibarət əsərlərə baxış keçirilib.

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov Müseyib İlyasovun uzunmüddətli elmi-pedaqoji fəaliyyəti, ali təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edib. Rektor bildirib ki, Müseyib İlyasov zəngin elmi-pedaqoji irsi, təşkilatçılıq qabiliyyəti və müəllimlik nümunəsi ilə bir neçə nəslin yetişməsində mühüm rol oynayıb. Qeyd edilib ki, yubilyar uzun illər kafedra müdiri kimi səmərəli fəaliyyət göstərib, Əməkdar müəllim, Qabaqcıl təhsil işçisi fəxri adlarına layiq görülüb, ADPU-nun 100 illiyi münasibətilə təsis edilən yubiley medalı ilə təltif olunub.

Rektor professor Müseyib İlyasovu universitetdə çoxillik səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edib.

Elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov Müseyib İlyasovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onun pedaqoji fikir və təhsil menecmenti sahəsində formalaşdırdığı elmi yanaşmalar və yetişdirdiyi kadrlardan söz açıb. Prorektor bildirib ki, Müseyib İlyasov yalnız pedaqoq kimi deyil, eyni zamanda, xüsusən şagirdlərin peşəyönümünün müəyyən olunmasının elmi-pedaqoji əsaslarının formalaşdırılmasında ölkəmizdə özünəməxsus yol açmış alimdir. Sonra prorektor professor Müseyib İlyasovun 75 illiyi münasibətilə hazırlanmış kitabı kollektivə təqdim edib.

Sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev çıxışında Müseyib İlyasovun çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirərək onun universitet mühitində formalaşdırdığı akademik ənənələrin davamlı xarakter daşıdığını vurğulayıb. Prorektor qeyd edib ki, yubilyar uzun illər ərzində yalnız elmi-pedaqoji fəaliyyəti ilə deyil, həm də ali məktəbdə sağlam mənəvi-psixoloji mühitin qorunması, akademik etikanın təşviqi və institusional mədəniyyətin möhkəmləndirilməsi istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirib.

ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev çıxışında qeyd edib ki, Müseyib İlyasov uzun illər ərzində Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrlə seçilmiş, səmərəli elmi-pedaqoji fəaliyyəti ilə universitet ictimaiyyətinin dərin hörmətini qazanmış alimlərdəndir.

Digər çıxış edənlər də Müseyib İlyasovla bağlı xatirələrini bölüşüb, onun elmi və pedaqoji fəaliyyətinə yüksək qiymət verərək yubiley münasibətilə təbriklərini çatdırıblar.

Tədbirin sonunda yubilyar Müseyib İlyasov çıxış edərək ona göstərilən diqqət və yüksək qiymətə görə universitet rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib. O, uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetində qazandığı təcrübəni və formalaşdığı akademik mühiti hər zaman böyük dəyər kimi qiymətləndirdiyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri