ADPU da universitetlərarası çempionatın seçim turu baş tutub
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və "3 sual" intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının seçim turu uğurla baş tutub.
Bu barədə 525.az-a ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən məlumat verilib.
Bildirilib ki, seçim turunda ADPU-nun müxtəlif fakültələrində təhsil alan tələbələrdən ibarət komandalar biliklərini sınayaraq, çempionatın final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı keçən oyunun nəticələrinə görə “Heksagon” komandası birinci, “Bosses” komandası ikinci, “Two W Two” komandası isə üçüncü yerin sahibi olub. Seçim mərhələsini uğurla başa vuran komandalar Azərbaycan Çempionatının final mərhələsində universiteti təmsil etmək hüququ əldə ediblər.
Qeyd edək ki, Pedaqoji Universitetdə tələbələrin dünyagörüşü və intellektual inkişafının təmin edilməsi, sosial aktivliyinin artırılması məqsədilə həftə sonları mütəmadi olaraq bu tip layihə və tədbirlər təşkil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 Mart 2025 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















