Icma.az
close
up
RU
ADRA “Sədərək”də baş vermiş hadisəyə münasibət bildirib

ADRA “Sədərək”də baş vermiş hadisəyə münasibət bildirib

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) “Sədərək” Ticarət Mərkəzində baş vermiş hadisəyə münasibət bildirib.
ADRA-nın mətbuat katibi Hüseyn Əzizov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinin tələbinə əsasən Agentlik “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir:
O, Dövlət Reklam Agentliyi tərəfindən “Sədərək” Ticarət Mərkəzində yerləşən reklam qurğularının sökülməsi ilə bağlı məsələyə münasibətdə qeyd edib ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur:
“Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı və onun əhatə dairəsi mülkiyyət əsasında müəyyən olunmamışdır. İstinad edilən məhkəmə qərarına gəldikdə isə həmin qərarın məzmunu reklam daşıyıcıları ilə bağlı deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədardır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən Agentlik açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür”.
H.Əzizov vurğulayıb ki, hazırda Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi mütəmadi olaraq açıq məkandakı reklam daşıyıcılarının yenilənməsi, eləcə də həmin daşıyıcıların “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına, reklam qurğularına aid texniki tələblərə və digər qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində zəruri tədbirləri görür:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”ə əsasən reklam qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də sanitariya norma və qaydalarının tələblərinə (o cümlədən, işıqlandırma və elektromaqnit şüalanmasına qoyulan tələblərə) uyğun layihələndirilməli, hazırlanmalı və yerləşdirilməli, təhlükəsiz istismar üçün yararlı olmalıdırlar. Həmçinin Texniki Tələblərin 2.2-ci bəndinə əsasən reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir.
Həvalə olunmuş vəzifələrinin icrası ilə əlaqədar, Dövlət Reklam Agentliyi tərəfindən “Sədərək” Ticarət Mərkəzinin kənarında yerləşdirilən bir sıra reklam daşıyıcılarının sadalanan qanunvericilik aktlarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, sözügedən reklamlar Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, paytaxtın əsas giriş yollarından biri yerləşən, həmçinin açıq məkana ünvanlanan sahələrdə quraşdırılmışdır. Həmin reklam daşıyıcılarının mövcud vəziyyəti reklam qurğularına dair müəyyən edilmiş tələblərə cavab verməməklə yanaşı, yerləşdirildikləri ərazilərin estetik görünüşünə də mənfi təsir göstərir.
Yekunda bir daha qeyd edirik ki, Agentlik sahibkarların mülkiyyət hüququna hörmətlə yanaşır və bu hüququn qorunmasını vacib prinsip kimi qəbul edir. Bununla belə, ictimai məkanın estetik görünüşünün qorunması, şəhər mühitində təhlükəsizliyin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunması da prioritet istiqamətlərdəndir. Bu səbəbdən, həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasına və ictimai maraqların qorunmasına yönəlmişdir”.
Qeyd edək ki, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb. İlkin məlumatda mərkəzin mühafizəçilərinin Dövlət Reklam Agentliyinin əməkdaşlarına fiziki zorakılıq tətbiq edərək ərazidən uzaqlaşdırdığı bildirilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır. Qeyd edilib ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see347

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see336

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see266

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see259

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see248

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see245

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see233

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see228

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see224

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see222

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see211

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see205

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see199

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see199

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see195

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see187

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see182

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see179

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri