Icma.az
close
up
RU
ADSIZ HEKAYƏ Eldəniz Quliyev yazır…

ADSIZ HEKAYƏ Eldəniz Quliyev yazır…

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Kimsə, haradasa göyə bir güllə atdı…
*
İçimdə bir musiqi vardı…
Amma heç vaxt eşitmirdim onu, sadəcə, bilirdim ki, o var və eynən damarımda axan qan kimi, səssiz-səmirsiz axır…

Hansı alətdə çalındığını da bilmirdim: arfa idi, ya neydi? Bəlkə də, elə hər ikisinin “qol-boyun” olmasından yaranmışdı – bilmirəm…

Özüm eşitməsəm də, bilirdim ki, ürəyim eşidir ONU.

Yoxsa, içimdə musiqi olduğunu hardan biləsiydim?

Günlərin bir günü o musiqini kəsdilər… Amansızcasına.

Çiliklədilər, boğdular…

İçimdə bir işıq da vardı – dəlisov bir işıq…

Onu da, nə görə bilirdim, nə də duya…

Amma təsəvvür edirdim. Təsəvvür edirdim ki, daxilimdə həqiqətən bir işıq sayrışır-qaranlıqları öz canından süzüb aydınladan qəribə bir İŞIQ!..

Yəni belə olmasaydı, gözlərim nədən tez-tez alışıb yanırdı ki!..

Və bir gün o işığı da həmin o musiqi kimi…söndürdülər. Sanki qatı bir zülmətə yuvarlandım!..Məkanın mövcud olmadığı, zamanın donduğu zil qaranlıq, intəhasız bir boşluğa…

Bir zamanlar içimdə körpə təbəssümü kimi bir sevgi də vardı…

Onu da görmürdüm, onu da eşitmirdim. Amma duyurdum. Bütün varlığımla duyurdum.
Və o sevgi həm də İlahi şeirə bənzəyirdi. Onunla nəfəs alırdım, yaşayırdım, sevinirdim, qanadlanıb uçurdum.

Xoşbəxt idim…

Amma kimsə, ya kimlərsə ona da əl uzatdı; nifrət qatdılar, əzab, iztirab səpdilər. Əritdilər, kiçiltdilər o məsum sevgini ,- çarmıxa çəkdilər, dar ağacından asdılar… İndi o sevgidən təkcə qaysaq bağlamayan yara, ovunmayan göynərti qalıb…

Ağrıyır, yaman ağrıyır!..

Hərdən mənə elə gəlirdi ki, RUH dediyimiz sirli-sehrli “varlıq” qeyri-maddi olan üç dəyərin bir şəkilidi…

Sevgi, işıq, musiqi!..

Axı nə üçün, nə səbəbə o ecazkar musiqini tellərindən, o sehrli işığı kirpiklərindən, o məsum sevgini təbəssümündən tutub da, yerə-göyə çırpdılar, sındırdılar, parça-parça elədilər?!…

Necə qıydılar?
Nə üçün?
Nədən?!
Anlamıram.

Bağışlamıram!

…Və bir gün gördüm ki, artıq ruhum da ölüb…
Adamın ruhunun özündən əvvəl ölməsindən böyük faciə yox imiş, Allah!..

*
…Göy üzündə ləngər vura-vura bir quş lələyi uçurdu…

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Aprel 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri