ADU ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq memorandumu yenilənib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma Azərbaycan Dillər Universitetində (ADU) olub. Görüşdə Mədəni diplomatiya departamentinin rəhbəri Eszter Pap, mədəniyyət və təhsil diplomatı Monika Felföldi də iştirak ediblər.
ADU-dan 525.az-a bildirilib ki, qonaqlarla görüşdə rektor Kamal Abdulla Azərbaycan və Macarıstan arasında sıx iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin olduğunu qeyd edib. Macarıstanda fəaliyyətə başlayacaq Azərbaycan dili və mədəniyyəti mərkəzi haqqında danışan rektor qarşılıqlı əlaqələrin qurulması istiqamətində əlverişli imkanların mövcudluğundan bəhs edib: “Arzu edərdik ki, macar həmkarlarımızla əlaqələrimiz daha da genişlənsin. Bu baxımdan kifayət qədər yollar var. Əlaqələrimizin inkişafında göstərdiyiniz diqqət və qayğıya görə təşəkkür edirəm. İnanıram ki, bu sahədə atdığınız addımlar əlaqələrimizin inkişafına növbəti dəfə öz töhfəsini verəcək”.
Qonaqlara ADU-nun QS reytinqlər cədvəlində qazandığı uğurlu nəticə haqqında məlumat verilib.
Səfir ADU ilə əlaqələrin perspektivlərindən söz açıb. Bildirilib ki, Macarıstan universitetləri ilə ADU-nun əlaqələrinin möhkəmlənməsi istiqamətində səfirlik tərəfindən daim dəstək göstəriləcək.
Görüşdə Azərbaycan Dillər Universiteti ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum yenilənib. 2022-ci il avqustun 2-də bağlanmış müqavilə yenilənərək 3 illik müddətinə uzadılıb.
Daha sonra səfir ADU-nun Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















