ADU və İndoneziya universitetləri arasında mübadilə proqramları genişləndirilir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla İndoneziyanın ölkəmizdəki səfiri Berlian Helmi ilə görüşüb.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Görüşdə rektor Kamal Abdulla ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin işindən bəhs edib. O bildirib ki, İndoneziya həm dövlət, həm də zəngin mədəniyyətə malik ölkə kimi müsəlman dünyasında xüsusi yer tutur. Universitetdə İndoneziya dili və mədəniyyətinin tədrisi, bu ölkənin tarixi və ənənələrinin öyrənilməsi tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.
Rektor qeyd edib ki, ADU-da indoneziyaşünaslığın tarixi 2007-ci ildən başlayıb və bu istiqamətdə ötən dövrdə mühüm nailiyyətlər əldə olunub. Bildirilib ki, hazırda universitetdə multikulturalizm prinsipləri əsasında müxtəlif ölkələrin, o cümlədən İndoneziyanın mədəniyyətinin təbliği istiqamətində ardıcıl iş aparılır. Eyni zamanda, İndoneziyanın bir sıra texnoloji və humanitar universitetləri ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səfir Berlian Helmi ADU-da İndoneziya dilinə və mədəniyyətinə göstərilən marağı yüksək qiymətləndirib. O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və universitetlərarası əlaqələrin genişləndirilməsi üçün dəstək verməyə hazır olduğunu qeyd edib.
Görüş zamanı əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Aprel 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















