Icma.az
close
up
RU
ADUda “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tariximədəni irsimiz” mövzusunda tədbir keçirilib

ADUda “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tariximədəni irsimiz” mövzusunda tədbir keçirilib

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının təşkilatçılığı və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aynur Sabitova çıxışında Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşında və mədəniyyətində oynadığı əhəmiyyətli rolu vurğulayıb. “Bu torpaqlar yalnız tarixi abidələrlə deyil, həm də xalqımızın mədəni kimliyi ilə bağlıdır. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktları təkcə bu abidələrin məhv edilməsi deyil, həm də milli kimliyimizə qarşı yönəlmiş məqsədyönlü siyasətdir,” – deyə o qeyd edib.

Sabitova bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanıb və bu nüfuz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda mühüm rol oynayır. “Hər birimiz dövlətimizin həyata keçirdiyi siyasətə öz fəaliyyətimizlə dəstək verməliyik. Bu kontekstdə QHT-lərin milli irsimizin qorunması istiqamətində fəaliyyəti çox əhəmiyyətlidir. QHT Agentliyinin dəstəyi ilə həyata keçirilən layihələr, o cümlədən https://qerbiazerbaycanirsi.az ( https://westernazheritage.com ) 

elektron bazası və “Danışır tarix” filmi, milli irsimizin təbliği və qorunması üçün mühüm addımlardır,” – deyə Sabitova əlavə edib.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə çıxışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi haqqında məlumat verib. O bildirib ki, bu layihə çərçivəsində https://qerbiazerbaycanirsi.az ( https://westernazheritage.com ) adlı elektron baza yaradılıb və “Danışır tarix” filmi hazırlanıb.

“Elektron bazada tarixi abidələr haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Bazada yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi mövcuddur. Hazırda 250-yə yaxın abidə haqqında məlumat elektron bazaya daxil edilib,” – deyə Hüseynzadə vurğulayıb.

O əlavə edib ki, “Danışır tarix” filmi “Səlim karvansarası,” “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi abidələrdən bəhs edir. Hüseynzadə Ermənistanın Azərbaycan abidələrini məhv etməsinin milli mədəniyyətimizə və tariximizə vurduğu zərərləri xüsusi qeyd edib. “Bu abidələrin məhv edilməsi milli kimliyin izlərini silmək cəhdidir. Beynəlxalq təşkilatlar bu məsələni daha ciddi diqqətə almalıdırlar,” – deyə o bildirib.

Sonra “Danışır tarix” filmi nümayiş etdirilib və iştirakçılar arasında geniş müzakirələr aparılıb.

Tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz ermənilərin tarixi abidələri saxtalaşdırmaq və dağıtmaq cəhdlərini konkret faktlarla misal çəkərək, bu istiqamətdə daha çox filmlərin və araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nuranə Nuriyeva, Azərbaycan Dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva, Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dissertantı Günay Əliyeva və “Ailələrə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin sədri Elnurə Abuşova da çıxış edərək, çıxış edərək, film haqqında fikirlərini bölüşüblər. Onlar Qərbi Azərbaycanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri