Icma.az
close
up
RU
ADY ADA Universiteti ilə birgə yeni proqrama start verdi: Liderlik bacarıqları daha da təkmilləşdiriləcək (FOTOLAR)

ADY ADA Universiteti ilə birgə yeni proqrama start verdi: Liderlik bacarıqları daha da təkmilləşdiriləcək (FOTOLAR)

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Dəmir Yolları” QSC ADA Universitetində “Liderlərin İnkişaf Proqramı”na başlayıb.

ADA Universiteti tərəfindən tədris olunacaq və idarəetmənin əsasları, dəyişikliklərin idarə olunması, emosional zəka, effektiv kommunikasiya kimi önəmli modulları əhatə edən bu proqramın hədəfi ADY-də çalışan rəhbər heyətin liderlik bacarıqlarının daha da təkmilləşdirilməsidir.

Tədbirdə bu əməkdaşlıq strateji əhəmiyyətli addım kimi qiymətləndirilib və belə proqramların qurumun idarəetmə keyfiyyətinin yüksəlməsinə, rəhbər heyətin səriştələrinin artırılmasına və ümumi rəqabətqabiliyyətinin möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirilib.

Qeyd edilib ki, sürətlə dəyişən və rəqabətin artdığı hazırkı iş mühitində davamlı inkişaf və liderlərin potensialının artırılması şirkətin uğurla irəliləməsi üçün vacib amillərdən biridir. Bu baxımdan ADA Universiteti ilə birgə həyata keçirilən proqram ADY-nin strateji məqsədlərinə nail olmasına mühüm dəstək olacaq.

Proqramda ADY və tabeliyindəki qurumlardan 160-dan çox rəhbər iştirak edəcək ki, bu da şirkətin liderlərin inkişafına verdiyi önəmin bariz nümunəsidir.

ADA Universitetinin akademik heyəti tərəfindən hazırlanmış proqram liderlik və idarəetmə səriştəliyi üzrə peşəkar mütəxəssislər tərəfindən tədris olunacaq, real iş mühitində baş verən situasiyaların təhlilini əhatə edəcək.

ADY “Liderlərin İnkişaf Proqramı”nı həyata keçirməklə ölkəmizin nəqliyyat sektorunda insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see180

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see168

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see140

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see139

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see129

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see128

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see128

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri