Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

ADY: BakıBalakənBakı marşrutu üzrə gediş haqqının formalaşmasına bir neçə amil təsir edib MÜSAHİBƏ AZƏRTAC

ADY: BakıBalakənBakı marşrutu üzrə gediş haqqının formalaşmasına bir neçə amil təsir edib MÜSAHİBƏ AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

Son illərdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sərnişindaşıma sahəsində bir sıra yeniliklər həyata keçirilib. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutunun Ağstafaya qədər uzadılması, həmin il Azərbaycan dəmir yolları tarixində ilk dəfə Bakı-Qəbələ-Bakı reysinin açılması, 2024-cü ildə isə yeni qatarların istifadəyə verilməsi və Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin 2-dən 4-ə çatdırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi bu yeniliklər sırasındadır. Bu ilin əvvəlindən isə Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımaya start verildi. Bu reysin açılması cəmiyyətdə müsbət qarşılandı, eyni zamanda, bəzi məsələlər, o cümlədən gediş haqqı kimi mövzuallar aktuallaşdı.

Bakı-Balakən-Bakı marşrutu üzrə AZƏRTAC-ın bu və digər suallarını ADY-nin Sərnişin daşımaları departamentin rəhbəri Azər Fərəcov cavablandırıb.

- Azər müəllim, pandemiya səbəbindən son illərdə, xüsusilə son 5 ildə bir çox sahələrdə, o cümlədən nəqliyyat sektorunda dəyişikliklər baş verib, həmçinin xidmətlər bahalaşıb. Bu dəyişikliklər dəmiryol sahəsinə necə təsir göstərib?

- Son illərdə dünya dəmiryol sənayesində müxtəlif amillər səbəbindən əməliyyat xərcləri əhəmiyyətli dərəcədə bahalaşıb. Bahalaşmanın əsas səbəblərindən biri dəmiryol infrastrukturunun istismarı, saxlanması və modernləşdirilməsi xərclərinin artması, enerjinin bahalaşması, eləcə də əməkhaqlarının artırılması zərurətidir. Ümumiyyətlə, son 5 ildə həm hava, həm də dəmir yollarında biletlərin dünya üzrə qiymətləri orta hesabla 110 faizə yaxın artıb. Dizelin qiymətində son 5 ildə 67 faiz (2019-cu ildə 0,6 manat, hazırda 1 manat), elektrik enerjisi (qeyri-əhali) tarifində isə 22 faiz (2019-cu ildə 0,09 manat, hazırda isə 0,11 manat) artım olub. “Azərbaycan Dəmir Yolları“ QSC-nin da son illərdə xərcləri müxtəlif istiqamətlərdə artıb. Artan xərcləri kompensasiya etmək üçün dəmir yollarında tariflərə yenidən baxılıb. Bundan əlavə, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qiymətlər yenidən formalaşdırılıb.

- Xərclərin artması yəqin ki, yeni açılmış Bakı–Balakən–Bakı marşrutu üzrə səyahət qiymətlərinə də təsir edib…

- Bəli, xərclərin artması səbəbindən ADY yanvarın 3-dən bərpa etdiyi Bakı–Balakən–Bakı marşrutu üzrə gediş haqqı tariflərinə də dəyişiklik edib. Tariflərə dəyişiklik edilərkən Bakı–Balakən–Bakı marşrutu üzrə istifadə olunan vaqonların əsaslı təmiri, təmir üçün ehtiyat hissələrinin xarici şirkətlərdən alınması, həmçinin yol infrastrukturunun, stansiya, dayanacaqların təmiri, qatarların, stansiyaların, dayanacaqların təmirdən sonra saxlanması xərcləri, həmçinin 2019-cu illə müqayisədə kommunal xərclərin, işçilərə ödənilən əməkhaqqının, vergilərin artması, vaqonlar üçün yataq dəstlərinin yenidən alınması, davamlı yuyulması xidməti və bu kimi digər xərclər nəzərə alınıb. 2024-cü ilin 6 ayında dəmiryol infrastrukturu xərcləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 202 faiz artıb. 2024-cü ildə bələdçlərin əmək haqqı 2019-cu illə müqayisədə 82 faiz yüksəlib.

Bundan başqa, 2024-cü ildə dartı xərcləri 2019-cu illə müqayisədə 22 faiz, 2024-cü ildə yataq dəstlərinin yuyulması xərcləri isə 2019-cu illə müqayisədə 147 faiz artıb. Təkcə bu sadalananlar üzrə xərclərin artımı orta hesabla 113 faiz təşkil edir. Yəni Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımada 5 illik fasilə olduğu üçün yeni qiymətlər bəlkə də buna görə bəzi sərnişinlərə yüksək görünür, lakin fasilə olmasaydı belə, bu xətt üzrə tariflər indiki həddə çatacaqdı. Qiymət həm də ümumi xərclər, o cümlədən xidmətə görə (qatarda rahat gecələmək üçün hər cür şəraitin olması, yataq dəstinin təqdim olunması, siniflər üzrə fərqli xidmətlər) formalaşdırılır.

- Bakı-Balakən-Bakı reysinin açılması üçün başqa hansı işlər görüldü?

- Bakı-Balakən dəmir yolunda təmir işlərinin aparılmasına ehtiyac yaranmışdı. Ümumiyyətlə, ADY dəmir yollarının bərpasını mərhələli şəkildə həyata keçirir. Bundan başqa, infrastrukturun təkmilləşdirilməsi, təhlükəsizliyin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların tətbiqi də əhəmiyyətli investisiya tələb edir. Daha davamlı və avtomatlaşdırılmış sistemlərə keçid uzunmüddətli perspektivdə faydalı olsa da, ilkin olaraq kapital xərclərinin artmasına səbəb olur. Dövrün çağırışlarına və ekoloji məqsədlərə cavab vermək üçün elektrikləşdirmə və rəqəmsallaşma kimi sahələrə böyük sərmayələr tələb olunur. Uzunluğu 164 kilometr olan Yevlax-Balakən xəttində ADY-nin daxili resursları hesabına 2023-cü ilin noyabrında genişmiqyaslı təmir işlərinə başlanılıb. Təmir zamanı sahədə olan yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, həmçinin qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə müxtəlif növ təmir işləri aparılıb, çatışmayan yol nişanları əlavə olunub. Təmir işləri başa çatdırıldıqdan sonra qatarların təhlükəsiz hərəkəti təmin olunub və hərəkət sürəti artırılıb. Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə çatırdısa, hazırda bu müddət 1 saat 15 dəqiqə azaldılıb.

- Bakı-Balakən-Bakı reysi üzrə qatarlarda sərnişinlərə hansı xidmətlər təqdim olunur?

- İlk növbədə qeyd edim ki, “Azərbaycan Dəmir Yolları” QSC tranformasiya prosesindən keçib. Bununla da ADY həm texniki standartlar, həm də müştəri xidmətləri standartları, təhlükəsizliyin təmini və müştəri məmnuniyyətinin artırılması baxımından yeni səviyyəyə keçib. Bu məqsədlə Bakı-Balakən-Bakı marşrutu üzrə əvvəllər mövcud olan PL, KP, SV tipli yerlər standart, standart+ və biznes yerlər kimi dəyişdirilib və hər bir sinif üçün yeni xidmətlər (səfər dəsti, keytrinq xidməti, “Wi-Fi” və s.) müəyyən edilib. Bu xidmətlər digər marşrutlarda olduğu kimi biletin qiymətinə daxildir. Bakı-Balakən-Bakı marşrutu üzrə standart sinifə əlavə xidmətlər – səfər dəsti (qazsız su, nəm və quru salfet, qulaq tıxacı), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal daxildir.

Qatarla daha komfort şəraitdə səyahət etmək sərnişinlərə standart+ və biznes sinifləri də təklif edilir. Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 63,3 manat, Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 67,7 manat, Balakən stansiyasına minimum qiymətlər standart+ üzrə 27 manat, biznes sinif üzrə 72 manatdır.

Əslində, standart+ və biznes siniflər üzrə yerlər və müvafiq olaraq biletlərin sayı çox deyil. Biznes sinif 2 nəfərlik olduğu üçün bu da qiymətə təsir edir. Belə ki, digər sinifdə – standart+da yerlər 4 nəfərlikdir.

Biznes sinifə səfər dəsti (qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal və qidalanma (səhər yeməyi; kükü; çay / kofe limitsiz; keks), standart+ sinifə isə səfər dəsti (qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal və qidalanma (sendviç; meyvə şirəsi; çay / kofe 1 dəfə ödənişsiz) daxildir.

Sərnişinlər Bakıdan Balakənə qədər 11 stansiya və dayanacaqdan istifadə edirlər – Bakı, Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən.

Daha bir xidmət “Stadler” qatarları ilə müqayisədə sərnişinin yataq tipli qatarlarda özü ilə pulsuz olaraq daha çox yük aparmasına imkan verilməsidir. Bakı–Balakən–Bakı qatarlarında Standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kiloqramdır, biznes sinif üçün isə 50 kiloqramdır. Bu, “Stadler” qatarlarında 23 kiloqramdır.

- Bakıdan Şəki, Qax, Zaqatala, Balakən istiqamətlərində digər nəqliyyat vasitələri ilə də sərnişindaşıma həyata keçirilir. Bu bölgələrə qatar reyslərinin açılması sərnişinlərə nə kimi imkanlar verəcək?

- Dəmir yolları yeganə kritik nəqliyyat vasitəsi deyil. ADY olaraq ölkəmizin nəqliyyat şəbəkəsində biz daha bir alternativ təqdim edirik. Bu da bölgələrdə nəqliyyatın mobilliyinin, əlçatanlığının təmin edilməsinə xidmət edir. Məlum olduğu kimi, Bakıdan Balakənə avtobus, mikroavtobus və taksilər də sərnişindaşıma xidməti göstərir. Ümumilikdə, qatar ilə avtomobil nəqliyyatı vasitələrində gediş haqqı qiymətinin müqayisəsi tam doğru yanaşma deyil. İlk növbədə, nəzərə almaq lazımdır ki, qatar daha komfortludur və qatarda səfər daha təhlükəsizdir. Əlavə olaraq, gecə qatarları ilə səyahət həm rahat yatıb dincəlmək, həm də gecələmə xərclərinə qənaət etmək imkanı verir.

Bundan başqa, əlverişsiz hava şəraiti, yolda hər hansı gözlənilməz hadisə (qəza və s.) avtomobil nəqliyyatı vasitələrinin mənzil başına gecikmə ilə çatması ilə nəticələnir. Lakin qatarın öz yolu var və burada hərəkətə mane olan amillər digər nəqliyyat vasitələri ilə müqayisədə daha azdır. Qiymətlərə nəzər saldıqda aydın olur ki, qatarla səyahətin minimum qiyməti, əslində, avtobusla eyni istiqamətdə səyahətin qiymətindən çox da fərqlənmir, digər avtomobil nəqliyyatı vasitələrində gediş haqqı ilə müqayisədə isə aşağıdır. Halbuki, yuxarıda da göstərildiyi kimi, dəmir yolları ilə sərnişindaşımanın təşkili xərcləri daha yüksəkdir. Avtomobil nəqliyyatı vasitələrindən fərqli olaraq, qatarlarda sərnişinlərə səyahət seçimi imkanı yaradılır, başqa sözlə, sərnişin komfort sinfini özü seçə bilir.

Bakıdan Şəkiyə və Qaxa gediş haqqı avtobusla müvafiq olaraq 13,39 və 14,81 manat, mikroavtobusla (“Vito”) 20 manatdır. Şəkiyə çatma müddəti 5 saat, əlverişsiz hava şəraitində isə 5 saat yarım təşkil edir, Qaxa isə 5 saat – 5 saat yarım, əlverişsiz hava şəraitində isə 6 saat təşkil edir. Taksi ilə Şəki və Qaxa gediş haqqı 25 manatdır. Qatarla isə Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymət standart sinif üzrə 14,8 manatdır.

Bakıdan Zaqatalaya və Balakənə gediş haqqı avtobusla 15,82 və 16,84 manat, mikroavtobusla 25 manatdır. Zaqatalaya çatma müddəti 5 saat yarım – 6 saat, əlverişsiz hava şəraitində isə 6 saat yarım, Balakənə isə 6 saat – 6 saat yarım, əlverişsiz hava şəraitində isə 7 saat təşkil edir. Taksi ilə Zaqatala və Balakənə səfər 25-30 manat təşkil edir. Qatarla isə Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymət standart sinif üzrə 16,4 manat, Balakən stansiyasına isə 18 manatdır.

O ki qaldı dəmiryol stansiya və dayanacaqlarının bəzi rayonlarda yaşayış məntəqələrindən bir qədər kənarda yerləşməsinə, qatarlar dəmiryol stansiyalarında dayandığı kimi, avtobuslar da avtovağzallarda dayanır. Yəni sərnişinlər avtovağzala gəlmək üçün müəyyən məsafə qət etdikləri kimi, dəmiryol stansiyalarına qədər də müəyyən məsafə qət edirlər.

Sadalanan bu və digər amillər, o cümlədən xidmət keyfiyyətinin artırılması tələbi dəmiryol nəqliyyatı ilə sərnişindaşımada gediş haqqının yenidən formalaşdırılmasına zərurət yaradıb, tariflər müəyyənləşdirilərkən mövcud reallıq nəzərə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri