Icma.az
close
up
RU
BakıBalakənBakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb

BakıBalakənBakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb

Icma.az, Anews portalına istinadən məlumat verir.


Yanvarın 3-dən bərpa edilən Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 %-dən çox olub.Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.

Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq.Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlərə "Standard, "Standard+" və "Business" sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər "Standard" sinif üzrə 13,1 manat, "Standard+" sinif üzrə 17,6 manat, "Business" sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər "Standard" sinif üzrə 14,8 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə "Standard" sinif üzrə 16,4 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 67,7 manatdır. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər "Standard" sinif üzrə 18 manat, "Standard+" üzrə 27 manat, "Business" sinif üzrə 72 manatdan başlayır.

Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.

Uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarlar istismara verilib. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü, dəsmal) materialları yumşaq və asan təmizlənə bilən materiallardan seçilib.

Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu (pendir çeşidi, kolbasa, çörək çeşidi, cem, pomidor, xiyar, zeytun çeşidi, kükü; limitsiz çay / qəhvə; keks) hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir.

Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə "Standard" və "Standard+" sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, "Business" sinif üçün isə 50 kq müəyyən olunub.

Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz "Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.

1985-ci ildən istifadəyə verilmiş Bakı–Yevlax–Şəki–Balakən dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə ADY daxili imkanlarından istifadə edərək 2023-cü ilin noyabr ayından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb. Reyslərə, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Təmir zamanı yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə təmir işləri görülüb, çatışmayan yol nişanları əlavə olunub. İşlər başa çatdırıldıqdan sonra qatarların hərəkət sürəti 48-dən 55 km/saata yüksəldilib. Bununla da marşrut üzrə pandemiyadan öncəki 9 saat 35 dəqiqəlik səfər müddəti hazırda 8 saat 20 dəqiqəyə endirilib. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdiriləcək. Ümumilikdə isə şimal-qərb bölgəsinin dağlıq relyefə malik olması bu istiqamətdə sürətin daha da artırılmasına, digər istiqamətlərlə müqayisədə yüksək sürətin müəyyənləşdirilməsinə mane olur.

Sərnişinlər Bakı–Balakən–Bakı marşrutu üzrə biletləri ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/), "ADY Mobile” tətbiqindən və dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər. Kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması məqsədilə aralıq dayanacaqlar üçün (Göynük, Qorağan, Əliabad, Göyəm) bilet satışı onlayn formada həyata keçirilir. Sərnişinlər onlayn bilet alarkən Göynük və Qorağan dayanacaqlarına getmək üçün Qax, Əliabad dayanacağına getmək üçün Zaqatala, Göyəm dayanacağına getmək üçün isə Balakən stansiyasını seçməlidirlər.

Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb, xidmətedici heyət yenilənib. Bundan başqa, stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.

Bütün bu yeniliklər Azərbaycan Dəmir Yolları tərəfindən sərnişinlərin səyahətini daha rahat və təhlükəsiz etmək, həmçinin ölkədaxili nəqliyyatın keyfiyyətini artırmaq və genişləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, dünyada yataq tipli vaqonlar adətən 6-12 saat, 500-1500 km arası məsafəni əhatə edən səyahətlər üçün ən uyğun nəqliyyat vasitəsi hesab edilir. Uzun səyahətlərdə bu qatarların üstünlüyü rahatlıq və səmərəliliklə bağlıdır. Təyyarədə yuxuya getməkdə çətinlik çəkən sərnişinlər üçün yataq tipli gecə qatarları daha rahat seçimdir.

Hazırda dünyada yataq tipli vaqonlara tələbat artır və 2025-ci ildə də bu trendin davam edəcəyi proqnozlaşdırır. Karbon izini azaltmağa töhfə vermək və təyyarə ilə səyahətdən imtina etmək istəyənlər üçün qatarlar Avropada daha çox tələbat olan nəqliyyat növünə çevrilir. Əlavə olaraq, gecə qatarlarında səyahət həm gündüz saatlarına, həm də hotel xərclərinə qənaət etməkdir.

ADY fəaliyyətində dünya təcrübəsinə əsaslanaraq, sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar, rəqəmsal həllər tətbiq edir. 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, yeni dayanacaqların istifadəyə verilməsi, bir sıra stansiya və dayanacaqlarında, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz "Wi-Fi” xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi və bu addımların nəticəsi olaraq 2024-cü ildə rekord sayda – 8,5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir. 2025-ci ilin əvvəlindən isə Bakı–Balakən–Bakı marşrutunun bərpası bölgə sakinləri üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə xidmət edəcək. Bu xəttin bərpası, eyni zamanda, şimal-qərb bölgəsinin turizminin inkişafına mühüm töhfə verəcək.
www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:341
embedMənbə:https://anews.az
archiveBu xəbər 04 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri