Icma.az
close
up
RU
ADY bayram günləri gücləndirilmiş rejimdə çalışacaq

ADY bayram günləri gücləndirilmiş rejimdə çalışacaq

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günü elan edilən 20-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, bayram günlərində artan sərnişin tələbatını qarşılamaq və daşımaların fasiləsizliyini təmin etmək üçün bir sıra istiqamətlərə əlavə reyslər təyin edilib.

Sərnişinlərin istirahət günlərində daha çox üz tutduğu turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu təşkili üçün 20-30 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslərlə xidmət göstəriləcək. Qatarlar saat 07:30-da paytaxtdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Həmçinin 18-30 mart tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq. Qatarlar saat 08:30-da Bakıdan, 17:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı-Qazax-Bakı xətti üzrə isə əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərinə təyin edilib. Qatarlar saat 07:45-də Bakıdan, 16:40-da Qazaxdan yola düşəcək. Sərnişinlər bayram günlərində Bakıdan Ağstafa və Qazaxa, həmçinin əks istiqamətə gündəlik Bakı-Qazax-Bakı reysləri ilə də səfər edə bilərlər. Qeyd edək ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə biletlərə 10 faiz endirim tətbiq olunur.

Bundan başqa, sərnişinlərin bayram günlərində Qarabağa rahat səfərlərinin təşkili üçün 23 və 25 martda Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatarlar təyin edilib. Bu istiqamətdə 21 və 28 martda ənənəvi reyslər də həyata keçiriləcək. Qatarlar saat 07:10-da Bakıdan, 18:10-da Ağdamdan hərəkət edəcək.

20 və 21 mart tarixlərində Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə reyslər təşkil ediləcək. Qatarlar saat 07:15-də Gəncədən, 08:40-da Mingəçevirdən yola düşəcək. Gəncə-Qəbələ-Gəncə xətti ilə səfərlər isə ənənəvi qrafik əsasında həyata keçiriləcək.

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatdan asılı olaraq 18, 19, 20, 27 və 29 mart tarixlərində Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulub.

20-30 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Mart 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri