ADY rəsmisi: HoradizAğbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir".
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ADY Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60%-ni tamamlayıb:
"Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir".
Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb:
"Hazırda Ağdam avtovağzalı və dəmiryol vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















