ADY: Sərnişin qatarlarımız Naxçıvana qədər hərəkət edə biləcək
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC azad edilmiş ərazilərdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində fəal iş aparır.
APA xəbər verir ki, bu barədə ADY-nin aparıcı mütəxəssisi Suliddin Bağırov WUF13 çərçivəsində təşkil olunan “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” infosessiyası zamanı bildirib.
Onun sözlərinə görə, xüsusilə, işğal dövründə yararsız vəziyyətə düşmüş Ağdam–Xankəndi dəmir yolu xəttinin yenidən qurulması və bərpası üzrə intensiv işlər davam etdirilir.
“Hazırda həmin dəmir yolu xəttinin bərpası çərçivəsində fiziki işlərin icra səviyyəsi 40%-ə yaxındır”, - Suliddin Bağırov qeyd edib.
O əlavə edib ki, dəmir yolu infrastrukturunun bərpası baxımından digər mühüm istiqamətlərdən biri də Horadiz- Ağdam dəmir yolu xəttidir. Bu istiqamətdə aparılan işlərin icra səviyyəsi hazırda 72%-ə çatıb.
“Bu layihə başa çatdıqdan, həmçinin Zəngəzur dəhlizinin yaradılması prosesi tamamlandıqdan sonra, “Azərbaycan Dəmir Yollarına” məxsus sərnişin qatarları Naxçıvana qədər hərəkət edə biləcək”, - Suliddin Bağırov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 May 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















