ADY və ATƏT arasında nəqliyyat logistika sahəsində əməkdaşlıq...
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Axar.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutmuş görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
ATƏT nümayəndə heyətinə Azərbaycanın təşəbbüskarı olduğu “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi çərçivəsində ölkəmizin nəqliyyat-logistika potensialı haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar çərçivəsində Bakı Limanının ADY-yə birləşdirilməsi ölkəmizin tranzit imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq dəhlizlərlə yükdaşımaların daha səmərəli təşkilinə töhfə verəcək.
Tərəflər birgə həyata keçirilən layihələrin və təşəbbüslərin Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edərək ümumilikdə regionun dayanıqlı inkişafına təkan verəcəyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 25 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















