Virts: “Klopp demək olar ki, hər oyundan sonra mənə yazır”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Liverpul”un futbolçusu Florian Virts Almaniya millisinin baş məşqçisi Yurgen Kloppla yalnız yığmanın toplanışlarında deyil, klub oyunlarından sonra da əlaqə saxladığını bildirib.
İdman.Biz xəbər verir ki, futbolçu almaniyalı mütəxəssisin onun çıxışlarını diqqətlə izlədiyini söyləyib:
“Əksər hallarda oyunlardan sonra qısa mesaj göndərir. İşlər yaxşı gedəndə məni təbrik edir, amma yaxşı oynamadığım vaxtlarda bunu da deyir”.
Virts millinin baş məşqçisinin ona göstərdiyi diqqəti yüksək qiymətləndirib:
“Milli komandanın baş məşqçisinin klub oyunlarını izləməyə və onlara münasibət bildirməyə bu qədər vaxt ayırmasını adi hal kimi qəbul etmək olmaz. Onun bu qədər maraq göstərməsinə çox sevinirəm”.
Qeyd edək ki, Virts bu mövsüm Premyer Liqada məhsuldar ötürmələrinin sayında artıq ötən mövsümdəki göstəricisinə çatıb.
Baxış sayı:134
Bu xəbər 13 Noyabr 2026 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















