İtaliya Fransanı, İngiltərə Xorvatiyanı məğlub etdi
Icma.az bildirir, Yenisabah portalına istinadən.
UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinin 5-ci turuna start verilib. Noyabrın 12-də A və C liqaları üzrə keçirilən 8 qarşılaşmada bir sıra diqqətçəkən nəticələr qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, gecənin mərkəzi oyunu Milanda İtaliya və Fransa yığmaları arasında baş tutub. Görüşün 10-cu dəqiqəsində Maykl Olisenin qolu ilə hesabda geri düşən "Skuadra Adzurra" geridönüş edərək 3:1 hesablı qələbə qazanıb. Meydan sahiblərinin heyətində Pio Espozito dubl edib, digər qolu isə Davide Frattezi vurub. A liqasının 1-ci qrupunun digər matçında Türkiyə İzmirdə Belçikanı qəbul edib və hesabda önə keçməsinə baxmayaraq, 1:2 hesabı ilə məğlub olub.
3-cü qrupda yer alan İngiltərə "Uembli"də Xorvatiya üzərində 2:1 hesablı qələbəyə sevinib. Hesabı Morqan Rocers açsa da, qonaqlar bərabərliyi bərpa ediblər, lakin Harri Keynin penaltidən vurduğu qol ingilislərə 3 xal qazandırıb. Qrupun digər oyununda isə İspaniya səfərdə Çexiyanı 2:0 hesabı ilə üstələyib. Elektronika məhsulları
C liqasında keçirilən qarşılaşmalarda da maraqlı hesablar qeydə alınıb. 1-ci qrupda Albaniya öz meydanında Finlandiyaya 2:0, Belarus isə səfərdə San-Marinoya eyni hesabla qalib gəlib. 2-ci qrupda Ermənistan və Kipr yığmalarının duelində qalib müəyyənləşməyib (1:1), Monteneqro isə doğma azarkeşləri önündə Latviyanı 2:1 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Noyabr 2026 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















