Aeroport yolunda sürət həddi endirildi
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"Report" xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən sürət həddinə əməl etmələri xahiş olunur.

Aeroport yolunda sürət həddi endirildi
18 Noyabr 2024 09:03

