“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC də mülki müdafiə qüvvələri ilə məşq keçirilib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə məşq keçirib.
APA nazirliyə istinadən xəbər verir ki, məşqə FHN Aran Regional Mərkəzi və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin müvafiq qüvvələri, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər heyəti və mülki müdafiə qüvvələri cəlb edilib.
Məşqin keçirilməsində məqsəd müəssisənin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Aprel 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















