AFFA bu klubları cəzalandırdı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
AFFA İntizam Komitəsi 2-ci Liqada 6 klubu cəzalandıırb.
QOL.az xəbər verir ki, AFFA İntizam Komitəsi 2-ci Liqanın 5-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
28 sentyabrda keçirilən “Zəngəzur” - “Kür-Araz” oyunundan əvvəl “Zəngəzur” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiqlədiyi üçün 150 manat cərimələnib.
“Şəki” - “Hypers” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəki” 70 manat cərimə olunub.
“Şəmkir” - “Şirvan” oyununda isə hər iki komanda cəzalandırılıb. “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib. Bundan başqa, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün matçın gec başlamasına görə komanda 200 manat cərimə alıb.
Həmin görüşdə “Şəmkir”in həkimi olmadığı və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün klub daha 200 manat cərimələnib.
“Şirvan”da isə 5 futbolçu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə olunub.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 01 Oktyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















