AFFA da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 iyun, AZƏRTAC
AFFA-nın inzibati binasında futbol akademiyalarının nümayəndələrinin iştirakı ilə 5 ulduz sertifikatlaşdırma modelinin ilkin müzakirə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov və digər əməkdaşlar iştirak ediblər.
Tədbirdə modelin minimum tələblər, performans göstəriciləri, məqsədi, qiymətləndirmə metodologiyası və ulduz səviyyələrinin müəyyənləşdirilməsi qaydaları təqdim olunub. İştirakçılar sənədin ayrı-ayrı müddəaları ilə bağlı rəy və təkliflərini səsləndirərək müzakirələrdə iştirak ediblər.
Bildirilib ki, model futbol akademiyalarının fəaliyyətinin vahid standartlar əsasında qiymətləndirilməsini, keyfiyyət göstəricilərinin artırılmasını və akademiyalar arasında davamlı inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir.
Müzakirələr zamanı səsləndirilən təkliflər sənədin yekunlaşdırılması prosesində nəzərə alınacaq.
AFFA 5 Ulduz sertifikatlaşdırma modelinin tətbiqi ilə struktur, idarəetmə, təlim-məşq prosesi, oyunçu inkişafı və infrastruktur sahələrində keyfiyyət standartlarının təmin olunmasında akademiyalara dəstək mexanizmlərinin hazırlanmasını hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 16 İyun 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















